beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdixan Vəkilovun İkinci dünya müharibəsi illərində İranda və Vətəndə fəaliyyəti

Mehdixan Vəkilov İkinci dünya müharibəsi başlayandan sonra 1941-ci ilin sentyabr ayında Təbriz şəhərinə ezam olunmuş və 1942-ci ilin may ayına kimi orada Vətən Yolunda (qəzet) Qızıl Ordu qəzetində (redaktoru Mirzə İbrahimov) və Təbriz ziyalılarının nəşr etdikləri "Azərbaycan" (redaktoru İsmayıl Şəms) qəzetində əməkdaşlıq edərək, İran Azərbaycanında antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərmişdir.

1942-ci ilin sentyabr ayından Qazax Rayonu Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin sədri işləmiş, həmin ilin noyabr ayından 1945-ci ilin may ayına qədər Ağstafa rayonuna rəhbərlik edərək, cəbhəyə ümumxalq yardımının güclənməsində fəal iştirak etmişdir.

Ağstafada çalışdığı zaman, müharibənin qızğın çağlarında onun təşəbbüsü və rəhbərliyi ilə salınmış hazırda qardaşı Səməd Vurğunun adını daşıyan park xalq arasında "Mehdixan bağı" adlandırılmışdır. Həmin park indi də aqstafalıların ən istəkli istirahət guşəsidir.

Mehdixan Vəkilovun müharibə illərində yazdığı Azərbaycan xalqının şanlı mübarizə ənənələrini tərənnüm edən "Cavanşir" romanı, "Anadillər" povesti, "Minin və Pojarski", "Azərbaycanda mədəniyyətin çiçəklənməsi" kitabçaları xalqda vətənə alovlu məhəbbət, düşmənə nifrət hisslərinin güclənməsində böyük rol oynamışdır.


Tarix: 11.02.2015 / 12:46 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycan tarixçiləri