beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmmədəli Şərifli

Məmmədəli Xəlil oğlu Şərifli (20 mart 1909-5 oktyabr 1969)—Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor.
Həyatı
Məmmədəli Xəlil oğlu 1909-cu il martın 20-də anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmiş, maarif sahəsində çalışmışdır. 1931-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə təhsilini başa vurmuşdur. 1936-cı ildən ömrünün sonunadək AEA-nın Tarix İnstitutunda çalışmış, 1943-1952-ci illərdə həmin İnstitutun direktor müavini olmuş və direktor vəzifəsini icra etmişdir. 1944-cü ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.

M.X.Şərifli Azərbaycanın orta əsrlər tarixinə dair bir neçə monoqrafiya və 150 elmi məqalənin müəllifidir. O, Azərbaycanın IX-XI əsrlər tarixinin ilk tədqiqatçılarından olmuş, bu dövrə «IX əsrin II yarısı – XI əsrlərdə Azərbaycan feodal dövlətləri» monoqrafiyasını həsr etmişdir.

Prof. M.X.Şərifli 3 cildlik «Azərbaycan tarixi»nin, həmçinin «Azərbaycanın tarixi coğrafiyası» kitabının müəlliflərindəndir.


Tarix: 11.02.2015 / 13:01 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Azərbaycan tarixçiləri