Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arif İbrahimli

Arif İbrahimli — Azərbaycan Respublikası Təhsil Şurasının İcra Aparatının rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi (doktorant), şair.

Həyatı
İbrahimov Arif 2 avqust 1978-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. 1984-cü ildə Mişni kənd orta məktəbində 1-ci sinifə getmiş, 1995-ci ildə Qaradağ rayonunda yerləşən 7 saylı Laçın şəhər orta məktəbini bitirib. 1998-2000 illərdə hərbi xidmətdə olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunmuşdur. 2006-2008 illərdə BDU-nin magistratura pilləsində təhsil almış, "XV əsr Azərbaycan tarixi (Əbubəkr Tehraninin "Kitabi Diyarbəkriyyə" əsəri üzrə) mövzusunda dissertasiya müdafiə etmiş və fərqlənmə diplomu ilə bu pilləni bitirmişdir.

Hal-hazırda BDU-nun tarix fakultəsinin Azərbaycan tarixi kafedrasının doktorantıdır. "Azərbaycanın Qazax, Borçalı və Şəmşəddil torpaqları (XVIII əsrin ikinci yarısında, XIX əsrin birinci 30 ilində) adlı dissertasiya işi üzərində işləyir.

Eyni zamanda Xəzər Universitetində çalışır. Xəzər Universiteti nəzdindəki Dünya məktəbinin Tarix departamentinin müdiridir.

01 noyabr 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Şurasının İcra Aparatının rəhbəri təyin olunmuşdur.


Tarix: 09.02.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Azərbaycan tarixçiləri
loading...