beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tofiq Hüseynov (milli qəhrəman)

Döyüşlərdə iştirakı
1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda "Mixaylo" adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası "Alazan" qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını əsir götürmüşdü. El oğlunun adı cəbhə boyu dolaşdı. Bu əməliyyatdan sonra ona mayor rütbəsi verilmişdir. Mixaylonun sonuncu döyüşü Xocalıda 26 fevral oldu, əsrin ən böyük soyqırımlarından olan bu hadisə törədilən zaman o, neçə-neçə dinc sakini təhlükəsiz yerə çıxara bilmişdi. Son nəfəsinə, sonuncu gülləsinə qədər vuruşan Tofiq onlarla erməni quldurunu məhv etdi son anda sonuncu qumbarasını sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığında olan erməni faşistlərini də partlatdı o həmin gecə doğma yurdunda gözlərini əbədi yumdu...

Ailəsi
Ailəli idi, üç övladı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 27.01.2015 / 14:46 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Azərbaycanın müharibələri‎