beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşadət Bəşirov

Həyatı
Rəşadət Bəşirov 27 may 1951-ci ildə Ağdam şəhərində müəllim ailəsində anadan olub.
1958-ci ildə şəhər 2 saylı məktəbin birinci sinfinə qəbul olunmuş, 1968-ci ildə həmin məktəbi qızıl medalla bitirib.
1968-ci ildə BDU-nun Biologiya fakültəsinə qəbul olub.

Təhsili, elmi dərəcə və elmi adları

1968-1973 – tələbə, biologiya fakultəsi, Bakı Dövlət Universiteti;
1992 - «Müxtəlif mineral qidalanma şəraitində Qarabağ şəraitində becərilən payızlıq buğda sortlarının davamlılığının və məhsuldarlığının artırılması» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti

1973-1975-ci illərdə təyinatla indiki Qəbələ rayonunda müəllimlik edib;
1975-1978-ci ildə BDU-nun aspirantı olub;
1979-cu ildən BDU-nun Botanika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim vəzifələrində calışıb;
Apardığı dərslər: Botanika, Aqrofitosenologiya, Mədəni bitkilərin mənşəyi, Müasir təbiətşünaslığın konsepsiyaları.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

2004, «Ekologiya və həyat fəaliyyətinin mühafizəsi» V Beynəlxalq Elmi Konrfansı, 26-27 noyabr, Bakı.
2007, «Ekologiya və həyat fəaliyyətinin mühafizəsi» V Beynəlxalq Elmi Konrfansı, 28-29 noyabr, Bakı.
2008, «Актуальные проблемы биоэкологии» Международная Научно-Практическая Конференция, 21-24 октября.


Tədqiqat sahəsi

Ontologiya və idrak nəzəriyyəsi.
Biologiyanın və ümumiyyətlə müasir təbiətşünaslığın aktual problemləri, onun başlıca paradiqmaları və əsas isitamətlərinin tədqiqi
10 kitab, monoqrafiya və dərsliyin, 130 elmi, elmi-kütləvi və metodik məqalənin, 19 elmi ixtiranın müəllifidir


Tarix: 23.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 59 Bölmə: Azərbaycanın müharibələri‎