beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəxtiyar Kavanlı

Həyatı
Bəxtiyar Kavanlı 15 sentyabr 1944-cü ildə Azərbaycan SSR, Laçın rayonu, İpək kəndində anadan olub.

1964-cü ilin payızından 1967-ci ilin payızına qədər hərbi xidmətdə olmuşdur.

1968-ci ilin yanvarından Bakı şəhərində tikintinti idarələrindən birində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1971–ci ildə Laçın rayonuna geri qayıdan Bəxtiyar Bəxtiyarov pedaqoji əmək fəaliyyətinə başlayır[1]..

1992-ci ilin mayın 18-də Laçın şəhəri Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildi. Yaşadığı yurdu tərk etməyi bacarmayan Bəxtiyar müəllim 3 gün kənddə tək yaşamalı oldu. Sonda qohumlar onun arxasınca gəlib xeyli çək-çevirdən sonra onu yola gətirdilər. Həmin vaxtdan etibarən Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsində məcburi köçkün kimi məskunlaşdı.


Tarix: 26.01.2015 / 18:18 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanın müharibələri‎