Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəmməd Həsənov

Həyatı
9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur. 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Kiyev şəhərinə gedir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə buradakı "Kommunist" zavoduna işə qəbul edilir. 1987-ci ildə Vətənə qayıdır və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir.

Döyüşlərdə iştirakı
Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçir. Ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv etdi. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi. 2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor vəzifəsində çalışır.

Ailəsi
Ailəlidir, dörd övladı var.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.


Tarix: 26.01.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 36 Bölmə: Azərbaycanın müharibələri‎
loading...