beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qasım Qırxqızlı

Həyatı
1945-ci ildə anadan olmuşdur.

20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləmişdir.

Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü olmuş və ilk qəsəbə sovetinin sədri işləmişdir. Respublika təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa vermiş, Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışmış, "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olmuş, 2000-ci ildən isə bu qəzetin baş redaktorudur.

Kitabları
Qarabağın tarixini, bu gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 kitabın müəllifidir.

Filmoqrafiya
"Qarabağda talan var" sənədli televiziya filminin ssenarisini yazmışdır.

Mükafatları
"General Məhəmməd Əsədov" mükafatı


Tarix: 22.01.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Azərbaycanın müharibələri‎