Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəşid Göyüşov

Həyatı
Rəşid Bahadur oğlu Göyüşov 1930-cu il dekabrın 5-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndlərində aldıqdan sonra, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul edilir və 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirir.

R.B.Göyüşov ali təhsilini başa vurduqdan sonra təyinatla Salyan, Ağdam və Ağcabədi rayonlarında müəllim, tədris hissə müdiri və orta məktəb direktoru vəzifələrində çalışır. Lakin arxeologiya elminə olan həvəs onu 1959-cu ildə Azərbaycan EA Tarix İnstitutuna gətirib çıxarır. Həmin ildə o, arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. Rəşid Göyüşov öz elmi fəaliyyətinə böyük təcrübə sahibi qocaman alim S.M.Qazıyevin rəhbərliyi ilə Azərbaycanın qədim paytaxtı Qəbələ şəhərindən başlamışdır. Burada ona təklif olunmuş "Qəbələ şəhərinin dulus məmulatı (I-Х əsrlər)" adh dissertasiyasını vaxtında başa çatdırır və 1962-ci ildə Tarix İnstitutununun elmi şurasında müvəffəqiyyətlə müdafıə edir. Rəsmi opponentləri akademik Ə.Ə.Əlizadə, G.Ə.Əbilova və hətta görkəmli Qafqazşünas alim K.V.Trever onun əsərinə çox yüksək qiymət vermişdilər.


Tarix: 23.01.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanın müharibələri‎
loading...