beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlqar Tağıyev

Həyatı
1965-ci il avqustun 22-də Quzanlıda anadan olub. 1980-ci ildə Quzanlı kənd səkkizillik məktəbini, 1983-cü ildə isə Xındırıstandakı texniki peşə məktəbini bitirib,sürücülük vəsiqəsi alıb. Elə həmin ildə sovet ordu sıralarına çağrılan İlqar iki illik hərbi xidmətini Ukraynada başa vurub. Əsgərlikdən sonra bir müddət kəndə, sonra isə Rusiyada yaşayıb,istehsalatda çalışıb.

Yenidən doğulduğu kəndə qayıdan İlqar 1993-cü il mayın 26-da ailə qurur.Elə həmin ilin avqustun 4-də milli ordu sıralarına çağrılır və Milli Qəhrəman Yelmar Edilovun başçılıq etdiyi bataliyonun tərkibində milli -azadlıq mübarizəsinə qoşulur.Onun döyüş yolu Ağdamın Göytəpə, Şelli, Qaraağaclı, Usufcanlı, Novruzlu, Mərzili kəndlərindən keçib.

1994-cü il yanvarın 4-də bataliyonun 26 döyüşçüsü, o cümlədəndə İlqar Mərzilidə düşmənin mühasirəsinə düşürlər. Ertəsi gün günortaya qədər davam edən ağır döyüşdə əsgərlərimizin çoxu həlak olur, yaralanır və itkin düşür. Bununla belə , bataliyonun igid döyüşçüləri düşmənin 4 ədəd zirehli texnikasını məhv etməyə müvəffəq olurlar.Bu ağır sınaqdan sağ- salamat çıxan İlqar cəmi bir neçə gündən sonra - yanvarın 17-də səhər çağı yenə də Mərzili uğrunda gedən döyüşdə yaxınlığına düşən top mərmisinin qəlpəsindən həlak olur.

Quzanlı qəbirstanlığında dəfn olunub. Özündən sonra Yadigar adlı bir oğlu qalıb.


Tarix: 23.01.2015 / 18:59 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Azərbaycanın müharibələri‎