beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fariz Qəhrəmanov

Həyatı
29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada nəktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır.

Döyüşlərdə iştirakı
"N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi.

1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür.

1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.

1995-1996-cı illərdə Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbində təhsil almışdır.

Hazırda bir zabit kimi Fariz Vətənin keşiyindədir.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.


Tarix: 26.01.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycanın müharibələri‎