Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müşfiq Mirzəyev

Həyatı
Müşfiq Mirzəyev 1970-ci də ildə Ermənistanin Cermuk şəhərində anadan olub, orada orta mektebi bitirmisdir. 1988-ci ildən Mingəçevirdə yaşayırdılar. 1988-1990-ci illərdə kecmiş Sovet ordusu sıralarında hərbi xidmətini Monqolustanda yerinə yetirmişdir.

1992-ci dildə mart ayından Qarabağ muharibəsində dəfələrlə iştiraketmişdir. Qarabağda "Yeraz Mişa" kimi ad alib san qazanmiş, ermənilərin ürəyinə türk xofu salan Müşfiq Mirzəyev haqqında çox deyilib çox yazılıb. O da deyilib ki, Müşfiqin adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü.Hetta onun başına küllü miqdarda pul da qoyulmuşdu.Çavuş bölmə komandiri idi.

1993-cü ilin fevralında "Səda"nın müxbiri Vaquazaya getmisdiler.Xankəndinə lap azca qalırdı. "M-2" burada döyüşürdü. Müşfiq batalyonun ürəyi idi. O,gülləden, düşməndən qorxmurdu. Erməni dilini mükəmməl bilirdi ve buna gore də dəfələrlə "dil" gətirmişdi. Qamətinə, yerişinə,duruşuna göz istəyirdiki baxsin. Döyüşə atilanda şirə dönürdü,hamidan öndə gedirdi. 1993-cü ildə fevralın 5-də rota muhasirəyə düşdü, beş gün qeyri-bərabər döyüş gedirdi və ordan sağ-salamat cıxırlar. Fevralın 13-də Müşfiq agır yaralanır, üc gün sonra gözlərini əbədi həyata yumur. Müşfiqin Çardaqlı, Mehmanə, Çıldıran, Arqomer,Koçakort, Vaquas, Vəng döyüşlərindən eşidilib,ayaq izləri keçilməz sıldırımların sinəsində qaranlıq dərələrin dibinde həkk olunub.

Mingəçevirin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Yaşadığı Mingeçevir şəhərinin keçmiş Puşkin kuçəsində yerleşən parka məhz bu qəhrəmanın adı verilmişdir.

Mükafatları
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 9 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuşdur.


Tarix: 26.01.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 70 Bölmə: Azərbaycanın müharibələri‎
loading...