Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ülkər Məmmədova (alim)

Həyatı
Ülkər Zakir qızı Məmmədova 10 avqust 1977-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1984-1994-cü illərdə Bakı şəhəri Xətai rayonu 29 saylı orta məktəbdə təhsil almışdır. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini 1999-cu ildə bakalavr, 2001-ci ildə magistratura pillərini fərqlənmə diplomları ilə bitirmişdir. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda aspirant olmuşdur. 2004-cü ildə "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsində kiçik elmi işçi, 2006-cı ildən elmi işçi, 2011-ci ildə böyük elmi işçi vəzifələrində çalışmışdır. 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir.

Ülkər Məmmədova AMEA-nın müxbir üzvü Zakir Məmmədovun qızıdır.


Tarix: 23.01.2015 / 18:53 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycanın müharibələri‎
loading...