Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Azərbaycanın müharibələri‎Firuz Səxavət

Firuz Əmirxan oğlu Məmmədov (d. 23 avqust, 1972, Ağdam) — Xanəndə. Müasir dövrdə Qarabağ muğam ifaçılığı məktəbinin layiqli davamçılarından biri. Muğam tarixinə adı həkk olunmuş Səxavət Məmmədovun qardaşıdır.

Həyatı[redaktə]
Firuz Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.

1979-1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır.
1985-1990-cı illərdə ilk musiqi təhsilini Xan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur.
1984-1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir.
1990-1992-ci illərdə Hərbi xidmət keçmişdir.
1994-1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Ardı »

Azərbaycanın müharibələri‎Nofəl Quliyev

Həyatı[redaktə]
Nofəl Zahid oğlu Quliyev 4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində anadan olmuşdur. 1981-ci ildə orta məktəbi bitirmişdir. 1982-1983-cü illərdə orduda xidmət etmişdir. Xidmətdən sonra 1984-cü ildən 1990-cı ilə kimi Tumen şəhərində işləmişdir. 1990-cı ilin dekabr ayında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında iştirak etmək üçün DİN xüsusi təyinatlı milis dəstəsinə daxil olmuşdur.

Döyüşlərdə iştirakı[redaktə]
Nofəl Zahid oğlu Quliyev az bir vaxtda Füzulidə, Goranboyda, Daglıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə mübarizədə fəqlənmişdir. Hər döyüşdə ən çətin mövqe seçər, düşmən üzərinə şığıyardı. Dostlarına nümunə olmağa çalışar, düşmənə amansız zərbələr vurardı. 1991-ci il iyul ayının 15-də ermənilər güclü qüvvə və texnika ilə Todan kəndinə hücuma keçdilər. Dinc Ardı »

Azərbaycanın müharibələri‎Fariz Qəhrəmanov

Həyatı[redaktə]
29 mart 1974-cü il Bərdə rayonunun Xəsili kəndində anadan olmuşdur. 1991-ci ildə burada nəktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır.

Döyüşlərdə iştirakı[redaktə]
"N" saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi.

1994-cü il Ağdərə rayonunda gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür.

1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir.

1995-1996-cı illərdə Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbində təhsil almışdır.

Hazırda bir zabit kimi Fariz Vətənin keşiyindədir.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu "Azərbaycanın Milli Qəhrəmanı" Ardı »

Azərbaycanın müharibələri‎Təbriz Xəlilbəyli

Həyatı[redaktə]
1964-cü il 12 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmişdi. 1982-ci ildə o, Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyir.

Döyüşlərdə iştirakı[redaktə]
Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərmişdi. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, qəhrəmancasına həlak oldu.

Ailəsi[redaktə]
Ailəli idi. İki qızı yadigar qalıb.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Ardı »

Azərbaycanın müharibələri‎Cavanşir Nağıyev

Cavanşir Nağıyev - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Nağıyev Cavanşir İsmayıl oğlu 1960-cı ildə Laçın şəhərində anadan olmuşdur.

Laçın şəhər 1№-li orta məktəbi bitirmiş və 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

Sonra isə Bakı Sovet Ticarət Texnikumunu bitirmiş, 1983-cü ildən 27№-li Laçın şəhər ərzaq mağazasında müdir-satıcı işləmişdir.

1992-ci il may ayıda Laçın rayonunun işğalından sonra könüllü olaraq ordu sıralarına daxil olmuşdur.

Rayonun cənub kəndləri uğrunda gedən döyeşlərdə iştirak etmişdir.

1992-ci il iyulun 30-da Suarası kəndi uğrunda gedən döyüşlərdə şəhid olubdur.

Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunubdur.

Ailəli idi, bir övladı yadigar qalıb. Ardı »

Azərbaycanın müharibələri‎Zahid Əliyev

Həyatı[redaktə]
Zahid Bayram oğlu Əliyev 23 mart 1963-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Vedi rayonunun Şidli kəndində anadan olmuş, orta məktəbi elə həmin rayonda bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağrılmışdır. 1982-ci ildə hərbi xidməti başa vurub. 1988-ci noyabr-dekabr aylarında Ermənistandan, öz dədə-baba yurdlarından qovulanlar arasında Zahid və onun ailəsi də vardı. Ailəsi ilə birgə Suraxani rayonunda yerləşmişdi.

70 il Sovet imperiyasi tərkibində yaşayan Azərbaycan xalqi əsarət altinda yaşamaqdan bezib azadlıqa can atirdi. Azadlıq istəyən xalq dircəliş hərəkatina başlamışdı. Bakidakı hərəkatin iştirakçılarından biri də Zahid idi. Hər gün işdən çıxıb hərəkat iştirakçılarının yanina gedər, onlara ərzaq aparardi. 19 Yanvarda belə günlərdən biri idi. Olacaqlardan Ardı »

Azərbaycanın müharibələri‎Loğman Abbasov

Həyatı[redaktə]
Loğman Abbasov 1954-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub, orta təhsilini Mərzili kənd məktəbində alıb. Ağdam İctimai İaşə Birliyində işləyib. Müharibə başlayan gündən könüllü olaraq Milli orduda xidmətə başlayıb. 1993-cü il iyunun 12-də Ağdamın Mərzili kəndi uğrunda gedən döyüş əməliyyatında şəhid olmuşdur. Ardı »

Azərbaycanın müharibələri‎Qulu Ağsəs Həyatı

Həyatı[redaktə]
Qulu Ağsəs 20 aprel 1969-cu ildə Ağdamda doğulub.

1993-cü ildə mükafat almışdır. "Avropa" qəzetində işləmişdir. Dövlət radiosunda proqramı var. “Azərbaycan qadını” jurnalının da əməkdaşıdır. Prezident təqaüdçüsüdür.

27 mart 2014-cü ildə Ulduz jurnalının baş redaktoru təyin olunub[1]. Qulu Ağsəs bu təyinata qədər jurnalın baş redaktor müavini olmuşdur.

Yaradıcılığı[redaktə] Ardı »