Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sahib Əhmədov (şəhid)

Sahib Əhmədov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Əhmədov Sahib Nəriman oğlu 1953-cü ildə Laçın şəhərində anadan olub.

1970-ci ildə Laçın şəhər 1№-li orta məktəbini bitirib.

Hərbi xidmətini başa vurduqdan sonra rayonun ticarət mərkəzində işləyib.

1990-ci ildə könüllülərdən ibarət Laçın batalyonuna daxil olub, erməni təcavüzkarlarına qarşı döyüşlərdə iştirak edib.

1992-ci ilin may ayında rayonun işğalından sonra Sahib polis batalyonunun tərkibində Laçın rayonunun cənub-şərq kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

1993-cu il avqust ayının 18-də rayonun Səfiyan, Fərəcan, və Suarası kəndləri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lakin onun cəsədini götürmək mümkün olmamişdir.

Ailəli idi, iki övladi yadigar qalıb.


Tarix: 27.01.2015 / 14:38 Müəllif: Feriska Baxılıb: 23 Bölmə: Azərbaycanın müharibələri‎
loading...