beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəqani İbrahimov

Həyatı
1968-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində dünyaya gəlib.
El-oba arasında şeir həvəskarı kimi tanınmışdı, adətən bütün tədbirlərdə yaxından iştirak edərdi.
Atası vəfat etdiyindən ailənin yükü onun çiyinlərinə düşümüşdü.
Xəqani də alovlu vətənpərvər və yurdcanlı olduğunda 1991-ci ildə könüllü ordu sıralarında hərbi qulluğa başladı.
Ağdərə uğrunda gedən döyüşlərdə öz cəsurluğu və qorxmazlığı ilə tanındı.
O, Ağdam ətrafında gedən döyüşlərin birində həlak oldu.
Qəhrəmanın ölümünü eşidəndə bacısı Mehri dözə bilməyib bayatını bayatıya caladı:

Qardaşlar, ay qardaşlar,
Qar kəsər, yağış başlar.
Cənazəm əyri gedər,
Yapışmasa qardaşlar.

Bacının bacı dərdi,
Yoxdu əlacım, dərdim.
Keçdi şirin söhbətimiz,
Qaldı bir acı dərdim.

Dörd uşaq anası Mehri bir yanıqlı bayatı da dedi:

Eləmi bu məni,
Nə çağırır qu məni.
Yaylığın kəfən eylə,
Göz yaşında yu məni.

Mehri qardaşı Xəqaninin ölümünə dözə bilməyib gözlərini əbədi yumdu.


Tarix: 24.01.2015 / 16:43 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Azərbaycanın müharibələri‎