Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əkbər Rüstəmov

Həyatı
Əkbər Məhəmməd oğlu Rüstəmov 1947-ci ildə Ağdam şəhərində anadan olub. 1973-cü ildən Ağdam şəhər 50 saylı orta texniki-peşə məktəbində bədən tərbiyəsi üzərə idman rəhbəri vəzifəsində çalışmışdır. 1977-ci ildə 50 saylı orta texniki-peşə məktəbinin bazasında yaratdığı ,,Şəfəq,, futbol komandası bir ildən sonra respublika çempionu adına layiq görülmüşdür.Əkbər Rüstəmov 1988-ci ildən Azərbaycanın müstəqilliyi uğrunda milli-azadlıq hərakatına qoşulmuşdur və milli azadlıq hərəkatının özünüimüdafiə dəstəsində fəal iştirak etmişdir. 1989-cu ildə Lağlıq Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə maddi yardım daşıyan maşın karvanları məhz onun müşayəti ilə son məntəqəyə çatdırılırdı. Erməni quldurları yolları bağladıqdan sonra həmin məntəqələrin Ağdamla hava ilə əlaqəsinin təmin olunmasında əvəzsiz xidmətlər göstərmişdir. 1992-ci ilin mart ayının 21-də özünü-müdafiə dəstəsinin bazasında, Dövlət tərəfindən Eldar Bağırov adına 845 saylı hərbi hissə yaradılmış və 1 saylı əmrlə Əkbər Rüstəmov 4-cü bılüyün komandiri təyin edilmişdir. O, oğanları Sənan Rüstəmov, Sarvan Rüstəmov, və Kənan Rüstəmov ilə birlikdə düşmənə qarşı mərdliklə sinə gərmişlər. Onun bu addımı döyüşçülərdə ruh yüksəkliyi yaratmış, bir çox hərbi hissədə təlim-tərbiyə işlərinə müsbət təsirin göstərmişdir. Mərdliklə vuruşan Əkbər Rüstəmov Xocalı soyqrımı törədilən gecə yüzlərlə dinc sakini erməni vəhşiliyindən qurtarmaq üçün igidliklər göstərmişdir.1992-ci ilin may ayının 2 də Əkbər Rüstəmov batalyon komandirinin müavini vəzifəsinə təyin edilir.(batalyon komandiri Allahverdi Bağırov idi)


Tarix: 23.01.2015 / 19:04 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Azərbaycanın müharibələri‎
loading...