Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Valeh

Aşıq Valeh – XVIII əsrin görkəmli aşıqlarındandır. Əsl adı Səfidir. Kərbəlanı ziyarət etdiyi üçün, Kərbəlayi Səfi kimi də tanınıb.

Həyatı
Aşıq Valeh 1729-cı ildə Ağdam yaxınlığındakı Gülablı kəndində anadan olub. Məşhur tarzən, Azərbaycan Xalq Artisti Qurban Baxşəli oğlu Primovun ulu babasıdır. Təhsilini Şuşada alıb. Şeirlərinin bir çoxu çağdaş şairlərdən Canıoğlu Abdulla, Baba bəy Şakir və Aşıq Qəmbər üçün yazılıb. Bu şeirlərində şairin onlarla olan şəxsi münasibətləri və s. öz əksini tapıb. Şeirlərindən aydın olur ki, aşıq Valeh dövrünün ünlü şairi Molla Pənah Vaqiflə (1717-1797) çox yaxın dostluq münasibətində olmuşdur. Onun ən məşhur şeiri "Vücudnamə"sidir. Bu şeirdə insan həyatı ana bətnindən qəbirə qədər təsvir edilib.

Həyatı və yaradıcılığı hələ də lazımınca araşdırılmayan aşıq Valeh 1822-cü ildə Gülablıda öz doğma kəndində künbəzin dərəsi adlanan yerdə həyat yoldaşı Dərbəndli qızı Aşıq Zərniyar xanımla bu yerdə dəfn olunmuşdur.


Tarix: 23.01.2015 / 15:47 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanın müharibələri‎
loading...