beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adikə Soltanova

Həyatı
Soltanova Adikə Məcid qızı 20 oktyabr 1948-ci ildə Ağdam rayonunda fəhlə ailəsində anadan olmuşdur. 1956-ci ildə 1 saylı Ağdam rayon orta məktəbinin birinci sinfinə getmiş və 1966-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Oxuduğu 10 il müddətində oxumağına və tərbiyəvi davranışına görə hər il “Fəxri fərmanla”la təltif olunmuşdur.

1966-cı ildə ADU-nun (indiki BDU) fizika fakültəsinə daxil olmuş 1971-ci ildə isə universiteti bitirmişdir. Təyinatla Ağcabədi rayonunun Hindarx kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1972-ci ilin iyununda ailə qurmağı ilə əlaqədar Ağdam rayonunun Əlağalı kənd orta məktəbində 6-11 siniflərdə fizika fənnini tədris etmişdir. İşlədiyi müddətdə kollektivin, valideynlərin və şagirdlərin dərin hörmətini qazanmışdır.

1985-ci ildə Ağdam RTŞ-si tərəfindən “Baş müəllim”, 1990-cı ildə isə “Metodist müəllim” fəxri adı ilə mükafatlandırılmışdır.

1993-cü ildən məlum hadisələrlə əlaqədar məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 1995-ci ildən Nizami RTŞ-nin göndərişi ilə 12 saylı orta məktəbdə fizika müəllimi işləmiş, 2003-cü ildə “Təlim-tərbiyə prosesində, o cümlədən intereaktiv təlim metodlarının tətbiqinin psixoloji xüsusiyyətləri” mövzusuna aid məruzə ilə çıxış edərək Nizami rayonu üzrə müsabiqədə birinci yer tutmuşdur. Təhsil Nazirliyi tərəfindən I dərəcəli diplomla mükafatlandırılaraq həmin ildə “İlin ən yaxşı müəllimi” kimi şərəfli ada layiq görülmüşdür. 2004-cü ildə səhhəti ilə əlaqədar olaraq 33 saylı Ağdam rayon köçkün orta məktəbində müəllim kimi fəaliyyətini davam etdirmişdir.

Hal-hazırda BDU-nin 1 saylı yataqxanasında yerləşən həmin 33 saylı Ağdam rayon köçkün orta məktəbində müəllim işləyir.


Tarix: 22.01.2015 / 19:27 Müəllif: Feriska Baxılıb: 124 Bölmə: Azərbaycanın müharibələri‎