beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köbələkli yerkökülü şorba
Köbələkli yerkökülü şorba

MATERİAL SİYAHISI:

1 paket göbələk
2 yerkökü
2 xörək qaşığı kərə yağı
2,5 xörək qaşığı un
1 soğan
2 diş sarımsaq
1 su stəkanı süd
1 su stəkanı ət suyu
Zeytun yağı
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

Şüyüd

İÇİ:

Soğanları, sarımsaqları və göbələkləri balaca kub şəklində doğrayırıq. Şorba qazanına kərə yağı və soğanı qoyub qarışdırırıq. Doğranmış göbələyi və rəndələnmiş yerkökü əlavə edirik. Hamısını bir qovururuq. Yaxşıca çəkdikdən sonra zeytun yağı tökürük.

Tərəvəzlər suyunu çəkəndə unu əlavə edib qovururuq. Unun qızardılmış qoxusu çıxanda soyuq süd və soyuq ət suyunu axıdırıq. Çırpma teliylə sürətli qarışdırırıq. Konsistensiya açılanda isti suyunu verərək şorbanın su miqdarını tənzimləyirik. Duzunu atırıq. Xörəyimizi bir az daha qaynadırıq və servis kasasına tökürük. Şüyüd incə nazik doğrayırıq. Şorbanın üzərinə səpərək süfrəyə veririk.


Tarix: 08.04.2015 / 12:51 Müəllif: Nurana Baxılıb: 80 Bölmə: Şorbalar ve Helimler