beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Balqabaq Şorbası

MATERİAL SİYAHISI:

2 dilim balqabağı
1 soğan
1 su s. Süd
2 şorba q. Un
2 şorba q. Kərə yağı
1 soğan
1 dəstə şüyüd
Duru yağ
Duz
Su

İÇİ:

Soğanı yeməli doğrayırıq. Balqabağı balaca kub şəklində doğrayırıq. Qazana duru yağı töküb soğanı qovururuq. Balqabağı əlavə edirik və qovurmaya davam edirik. Suyunu veririk və qapağını örtərək qaynamağa qoyuruq.

Bişəndə əl blendırından keçiririk. Ayrı bir qazanda kərə yağını əridirik. Unu əlavə edib qovururuq. Unun iyi çıxanda südü əlavə edirik və çırpma teliylə qarışdırırıq. Şorba qazanına çatdıraraq qarışdırırıq. Duzunu atırıq. İsti suyla konsistensiyanı açırıq. Servis edərkən üzərinə doğranmış şüyüd səpirik.


Tarix: 23.01.2015 / 16:29 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Şorbalar ve Helimler