beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərbiyəli Kəvər Şorbası

MATERİAL SİYAHISI:

2 budaq kəvər
1 çay stəkanı düyü
1 yerkökü
Zeytun yağı
Su
Duz

TƏRBİYƏSİ ÜÇÜN:

1 kasa qatıq
Yarım limon
2 xörək qaşığı un
Su

ÜZƏRİ ÜÇÜN:

1 xörək qaşığı kərə yağı
1 dəstə cəfəri

İÇİ:

Kəvəri incə nazik doğrayırıq, yerkökünu soyuruq və rəndələyirik. Qazana zeytun yağı tökürük. Yerkökü və kəvəri qoyub qovururuq. Çiy qoxuları çıxanda qaynar su tökürük və qapağını bağlayıb bişməyə qoyuruq. Tərbiyəsi üçün, qatigi bir qaba qoyuruq. Limon suyunu sixiriq.Unu əlavə edirik və çırpma teliylə çalırıq.

Soyuq suyla konsistensiyanı açırıq, qarışdırırıq. Şorbanın qaynayan şirəsindən qaşıqla tərbiyəyə qoyuruq. Bir tərəfdən də qarışdırırıq. Tərbiyəni də yavaş-yavaş qazana tökürük. Şorbani da bir tərəfdən qarışdırırıq. Şorbanın duzunu atırıq. Bu şəkildə bişiririk. Şorba bir az da qaynayıb konsistensiya ortaya çıxanda ocaqdan alırıq. Kərə yağını tavada əridirik. Şorbanın üzərinə gəzdirərək tökürük. Cəfərini nazik doğrayırıq və üstünə səpirik.


Tarix: 23.01.2015 / 13:05 Müəllif: Aziza Baxılıb: 39 Bölmə: Şorbalar ve Helimler