beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bastırmalı Göbələkli Əzmə Kartof Şorbas

İÇİ:

Soğanı yarım ay şəklində doğrayırıq. Kartofları soyuruq və nazik doğrayırıq. Qazana duru yağ tökürük, kərə yağını qoyub əridirik. Unu əlavə edərək qovururuq. Soğanı əlavə edib qovururuq.

Kartofları əlavə edib qarışdırırıq. Kartofların üzərini keçəcək qədər soyuq su tökürük və qarışdırırıq. Ət suyunu əlavə edirik. Qapağını bağlayaraq bişməyə qoyuruq. Kartoflar bişəndə əl blendırından keçirərək püre halına gətiririk. Konsistensiya baxaraq lazım gələrsə isti suyla konsistensiyanı açarıq. Göbələkləri və bastırmaları xırda doğrayırıq.

Tavaya duru yağ qoyuruq. Bastırmanı qovururuq. Arxasınca göbələyi əlavə edirik və qovururuq. Şorbanı süfrəyə verərkən üzərinə bastırma, göbələk qarışığından qoyuruq. Doğranmış cəfəri səpərək süfrəyə veririk.

PASTIRMA-lı GÖBƏLƏKLİ ƏZMƏ KARTOF ŞORBASI

3 kartof
1 soğan
1 şorba q. Un
2 şorba q. Kərə yağı
1 kasa göbələk
100 q. Pastırma
1 dəstə cəfəri
1 su s. Ət suyu
Duru yağ
Duz
Su


Tarix: 26.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Şorbalar ve Helimler