beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərəvəz Şorbası

MATERİAL SİYAHISI:

1 yerkökü
1 soğan
1 kartof
1 qırmızı istiot
1 çay b. Yaşıl noxud
2 şorba k. Un
1 su s. Süd
1 su s. Ət suyu
1 şorba q. Kərə yağı
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

1 çimdik semizot-u yarpağı

İÇİ:

Yerkökünu, soğanı, kartofu və biberi balaca kub şəklində doğrayırıq. Qazana duru yağ tökürük, soğanı və yerkökü əlavə edib qovururuq. Arxasınca kartof və istiotu əlavə edirik. İsti suyunu veririk, qapağını bağlayaraq bişməyə qoyuruq. Bişməsinə yaxın yaşıl noxudu də atırıq. Duzunu atırıq.

Ayrı bir qazana kərə yağını qoyub əridirik. Unu əlavə edib, unun iyi çıxana qədər qovururuq. Soyuq ət suyunu axıdırıq, qarışdırırıq. Südünü tökürük. Konsistensiyanı açanda içinə digər qazanda pörtən tərəvəzləri əlavə edirik. Xörəyimizi bir taşım daha qaynadırıq. Üzərinə semizot-u yarpağı ataraq xidmət edirik.


Tarix: 23.01.2015 / 15:35 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Şorbalar ve Helimler