beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əriştəli Toyuq Şorbası

İÇİ:

Toyuq budlarını yuyuruq və qaynadırıq. Toyuqları didirik. Suyunu şorba bişirmək üçün ayırırıq. Qazana bir az zeytun yağı qoyuruq və yerkökünü qovururuq. Arpa əriştəni əlavə edirik. Toyuq suyunu qoyaraq bişməyə qoyuruq.

Bir az isti su qoyuruq. Bişməsinə yaxın toyuq ətini əlavə edirik. Duzunu atırıq. Cəfərini nazik doğrayırıq. Süfrəyə verərkən doğranmış cəfəri səpirik və limon sıxırıq.

ƏRİŞTƏLİ TOYUQ ŞORBASI

300 q. Toyuq but
1 su s. Arpa əriştə
1 yerkökü
1 dəstə cəfəri
1 limon
Duz
Su


Tarix: 26.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Şorbalar ve Helimler