beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yerkökülü Əriştə Şorbası

İÇİ:

Kökləri və kartofu soyuruq. Kökləri rəndələyirik. Qazana kökləri və kərə yağı qoyuruq. Bir az da zeytun yağı tökərək qovururuq. Unu əlavə edirik, qarışdırırıq. Kartofu rəndələyib əlavə edirik.

Soyuq suyla konsistensiyanı açırıq və qarışdırırıq. Duzunu atırıq və bişməyə qoyuruq. İsti toyuq suyunu və lazım gələrsə əlavə isti su veririk. Qaynamağa qoyuruq. Yerkökünə nəzarət edirik, yerkökü bişəndə əriştəni qoyuruq. Əriştəni çox uzun bişirməyə ehtiyac yoxdur. Bişəndə altını bağlayırıq. Üstünə doğranmış cəfəri səpərək süfrəyə veririk.

YERKÖKÜLÜ ƏRİŞTƏ ŞORBASI

3 yerkökü
1 kartof
1 çay s. Ulduz əriştə
2 şorba q. Un
1 dəstə cəfəri
Toyuq suyu
Duz
Su


Tarix: 24.01.2015 / 12:08 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Şorbalar ve Helimler