beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

+++++++++++++++++Qırmızı Lobya Şorbası

Ərzaq:
1kq təzə qırmızı lobya.
1 yemək qaşığı tomat.
1 ədəd orta böyüklükdə kartof.
1 ədəd böyük pomidor.
1 ədəd yerkökü (istəyə görə).
2 ədəd soğan.
1 diş sarımsaq.
3 ədəd yaşıl bibər.
Duru yağ (istəyən kərə yağı da istifadə edə bilər).
Duz, istiot.
Su.

Hazırlanması:
Qırmızı lobyanı təmizləyirik, yuyuruq və süzürük. Bibər, kartof, yerkökü, sarımsaq, soğanı xırda xırda dograyın. Bütün doğranmış ərzağı və digər lazım olan ərzağı da əlavə edirik və Üstünə su töküb ( 5-6 su stəkanı) qazın üstünə qoyub bişiririk. Qaynayana qədər orta xodda, qaynadıqdan sonra isə 35-40 dəqiqə az xodda bişir. İsti isti yeyilir.

Nuş Olsun :)


Tarix: 29.11.2014 / 12:29 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Şorbalar ve Helimler