Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vüqar Dəmirbəyli

Vüqar Dəmirbəyli — yazıçı, jurnalist.Mündəricat
1 Həyatı
2 Əsərləri
2.1 Azərbaycan dilində nəşr olunan əsərləri
2.2 Rus dilində nəşr olunan əsərləri
2.3 Alman dilində nəşr olunan əsərləri
3 Filmoqrafiya
4 Mükafatlar/Stpendiyalar
5 İstinadlar
6 Xarici keçidlər


Həyatı

Vüqar Dəmirbəyli (Vüqar Nurəddin oğlu Aslanov) 1964-cü ildə Goranboy şəhərində anadan olub. 1982-ci ildə BDU-nun filologiya fakültəsinə daxil olduqdan sonra 1983-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağrılmışdır. 1985-ci ildən təhsilini davam etdirmiş və 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir.

1990-cı ildən başlayaraq "Tərəqqi", "Vışka", "Addım" və "Yol" kimi qəzetlərdə işləmiş və ya yaxından əməkdaşlıq etmişdir. 1995-ci ildə "Kompas" ədəbi-ictimai qəzetini və 1996-cı ildə "Səmt" informasiya agentliyini təsis etmiş, həm də onların baş redaktoru və direktoru işləmişdir. 1997-ci ildə onun "Gənclik" nəşriyyatı tərəfindən "Süddaşıyan", 1999-cu ildə isə "Ozan" nəşriyyatı tərəfindən "Amerika kəşfiyyatçısi Azərbaycanda" nəsr kitablari çap olunmuşdur. Bundan başqa "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" və "Çıraq" ədəbi jurnallarında hekayə və povestləri çap olunmuşdur.

Dəmirbəyli 1998-ci ildə Almaniyaya mühacirət etmişdir. O, Almaniyada öz jurnalistlik və ədəbi fəaliyyətini davam etdirir. Onun Wostok [1] və Kulturaustausch jurnallarında, Frankfurter Neue Presse [2], "Neues Deutschland" [3], Frankfurter Rundschau, taz, Salzburger Nachrichten, Thüringer Allgemeine, Volksstimme, Schweriner Volkszeitung, Mittelbayerische Zeitung, Moskauer Deutsche Zeitung, Lausitzer Rundschau qəzetlərində Azərbaycan, Rusiya, Qafqaz, Xəzər bölgəsi və Orta Asiya ilə bağlı yazıları çap olunmuşdur. Bundan başqa o Almaniyanın müxtəlif şəhərlərində Azərbaycanın və digər postsovet dövlətlərinin tarixi, mədəniyyəti və iqtisadi-siyası vəziyyəti ilə bağlı məruzələr etməkdə və öz əsərlərinin ədəbi oxusunu keçirməkdədir. Onun "Pambıq plantasiyalarında" povestinin 2004-cü ildə Bavariya radiosunda ədəbi oxusu keçirilmişdir. Berlində yerləşən "Wostok" nəşriyyatı 2007-ci ildə onun "Auf den Baumwollfeldern" ("Pambıq plantasiyalarında") adı altında hekayələr toplusunu [4], 2012-ci ildə isə "Die verspätete Kolonne" ("Division")[5] romanını alman dilində çapdan buraxmışdır. Vüqar Dəmirbəyli Almaniya Yazıçılar İttifaqının (VS) və Hessen Ədəbiyyat Cəmiyyətinin (LİT) üzvüdür.

Əsərləri

Azərbaycan dilində nəşr olunan əsərləri
Əbədi mövsüm adamları. "Ulduz" jurnalı, N 1-2. Bakı, 1998.
Süddaşıyan. "Azərbaycan" jurnalı. N 7. Bakı, 1998.
Tarla xatirələri. "Ulduz" jurnalı. N 10. Bakı, 1999.
Filmə "baxış". "Azərbaycan" jurnalı, N 7. Bakı, 2000.
Qədr gecəsi. Azərbaycan Ədəbiyyat portalı. www.lit.az
Mühacirət. Roman. "Avrasiya" nəşriyyatı (2012-ci ildə nəşr olunacaq)

Rus dilində nəşr olunan əsərləri
Развозчик молока. Рассказы, повесть и сценарий. Издательство "Гянджлик". Баку, 1997.
Американский разведчик в Азербайджане. Роман, рассказы, повести и сценарий. Издательство "Озан". Баку, 1999.
Сменившие профессию. Повесть. Журнал "Литературный Азербайджан". № 4. Баку, 1999.
Хозяин дешевого отеля. Сын врача. Два рассказа. "Литературный Азербайджан". №8. Баку, 2000.
Хозяин дешевого отеля. Журнал "Чыраг (Журнал Литературного института Академии Наук Азербайджана). Баку, 2000.
Развозчик молока. Журнал "Литературный европеец". №85. Франкфурт на Майне, 2004.
"Просмотр" фильма. Журнал "Литературный европеец". №92. Франкфурт на Майне, 2005.
Развозчик молока. Альманах Литературного общества немцев из России. Издательcтво "Geest". Вехта-Лангферден, 2005.
На хлопковых плантациях. "Просмотр" фильма. Интернет-альманах "Снежный ком". http://www.snezhny.com/autors. ... =1098
"Дивизион". Роман о дедовщине и советско-афганской войне. Издательство "Алетейя", Санкт-Петербург 2011. http://www.ozon.ru/context/det ... 1161/
Хлопковые рабы (оригинальное название - На хлопковых плантациях). Журнал "Литературный Башкортостан". № 49, Уфа 2011. http://www.litbash.sitecity.ru ... 60029
Кино. Журнал "Литературный Башкортостан". № 50, Уфа 2012. http://www.litbash.sitecity.ru ... 34148

Alman dilində nəşr olunan əsərləri
Auf den Baumwollfeldern. Hörbuch des Bayerischen Rundfunks BR II - Kultur, München 2004.
Auf den Baumwollfeldern. Verlag Wostok, Berlin 2007
Alexander mit dem Hörnchen (İskəndərin buynuzu var, buynuzu..."). Literaturzeitschrift Driesch - 7/10/2011, Driesch Verlag (Österreich).
Irrweg durch den Krieg. Literaturzeitschrift Driesch - 9/4/2012, Drösing (Österreich).
Die verspätete Kolonne. Verlag Wostok, Berlin 2012

Filmoqrafiya

Der Weg in das Leben (Həyata aparan yol). Qısametrajlı film. 2008

Ssenari müəllifi: Vüqar Aslanov

Rejissor: Merlin Magg

http://www.crew-united.com/ind ... 86561

Mükafatlar/Stpendiyalar

Hessen Film Fondunun stipendiyası:

Dianas Bediener ("Diananın xidmətçiləri") bədii filminin ssenarisi üçün (Felix Lenzlə birlikdə)

http://www.hessische-filmfoerd ... A.pdf


Tarix: 19.01.2013 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 496 Bölmə: Şairlər və Yazıçılar
loading...