beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Emin Mahmudov (yazıçı)

Həyatı

Mahmudov Emin Qasıməli oğlu - nasir, tərcüməçi, 1954-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü - 1925-ci il yanvarın 1-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirib bir il uşaq evində tərbiyəçi işləmiş, sonra ordu sıralarında olmuşdur (1943-1945). Tərxis edildikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1945-1950).

Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük vermişdir. "RT-1" adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc olunmuşdur. "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi isə 1953-cü ildə Uşaqgəncnəşrdə çapdan çıxmışdır. 0, Bakıda Baş mətbuat idarəsində senzor (1948-1952), "Azərbaycan qadını" jurnalı redaksiyasında məsul katib (1955-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1953-1954), "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul katib (1967-1971), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973-1982) olmuşdur.

Hazırda orada ştatdankənar müxbir işləyir (1982-ci ildən). Xidmətlərinə görə medallarla təltif olunmuşdur.

Əsərləri
1.Muğanda qütb parıltısı. Bakı: Uşaqgəncnəşr, 1954, 59 səh.
2.Kainat gəmisi. Bakı: Uşaqgəncnəşr, 1957, 189 səh.
3.Veneranın göyləri od içindədir. Bakı: Uşaqgəncnəşr, 1960, 211 səh.
4.Qeyb olmuş səslər. Bakı: Azərnəşr, 1964, 87 səh.
5.Dəmir necə ayaq açdı. Bakı: Gənclik, 1967, 41 səh.
6.Zülmət dənizi. Bakı: Gənclik, 1972, 174 səh.
7.Ulduzlar yolumuzu gözləyir. Bakı: Gənclik, 1975, 93 səh.
8.Qüdrətli pillə. Bakı: Gənclik, 1985, 56 səh.
9.Günün nəfəsi. Bakı: Gənclik, 1986, 60 səh.
10.Atlant qızı. Bakı: Yazıçı, 1986, 230 səh.

Tərcümələri

(ruscadan)
1.V.Zaxarçenko. Elektrik beyni ilə söhbət. Bakı: Gənclik, 1970, 293 səh.
2.V.Levi. Fikir ardınca. Bakı: Gənclik, 1972, 308 səh.
3.R.Baxtamov. Qanun qanundur. Bakı: Gənclik, 1974, 292 səh.
4.Z.Seyidməmmədova. Təyyarəçinin qeydləri. Bakı: Gənclik, 1976, 93 səh.
5.Şişpapaq (povest). Bakı: Azərnəşr, 1964, 196 səh.
6.Dağlarda şimşək çaxır (povest). Bakı: Gəncl

ik, 1967, 202 səh.
7.Yağış mahnısı. Bakı: Gənclik, 1968, 174 səh.
8.Povest və hekayələr. Bakı: Gənclik, 1976, 198 səh.
9.Baba nağılı (povest və hekayələr). Bakı: Gənclik, 1978, 248 səh.
10.Teleqram (povest və hekayələr). Bakı: Gənclik, 1982, 164 səh.


Tarix: 14.01.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 677 Bölmə: Şairlər və Yazıçılar