Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qüvvət verən qidalar

Tut
Dəmir baxımından çox zəngin, sidik qovucudur, bağırsaq qurdlarını salır. Yalnız tut meyvəsinin deyil, yarpaqlarının da bu xüsusiyyəti var. Yarpaqların bir başqa əhəmiyyətli xüsusiyyəti isə qanamağı dayandırmasıdır.

Ağ tutun faydaları:
Bədənə qüvvət verir, qan artırır.
Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır.
Temperaturu aşağı salar.
Qaraciyəri qüvvətləndirir.
Mədə və bağırsaqların işinə kömək edir.
Xüsusilə yeməklə birlikdə yeyəndə həzmi asanlaşdırır.
Ac qarnına yeyilən ağ tut bağırsaq qurdlarını salır.

Quru tutun faydaları:
Quru tut isə ağız və boğaz iltihablarında möcüzəvi təsir göstərir.
Tut hansı şəkildə yeyilsə də yaxşı qan artırandır.
Kökəldir və iştah açır.

Çiyələk:
Xüsusilə dəri üçün çox faydalı və böyrək iltihabına qarşı çox təsirlidir.

Faydaları:
*Çiyələk bədənə qüvvət verir.
*Xolesterolu salır.
*Eyni zamanda çox yaxşı bir antioksidant olan çiyələk immunitet sistemini gücləndirir. Xərçəngə qarşı qoruyucudur.
*Həzm sisteminin nizamlı işinə çox faydalıdır. Bağırsaq qurdlarını tökür.
*Qanı təmizləyir.
*Diş ətlərini gücləndirir və ağız qoxusunu aradan qaldırır.
*Sakitləşdirici təsiri ilə təzyiqi salır və stressi azaldır.
*Romatizm və qaraciyər narahatlıqlarına yaxşı təsir edir.
*Dərini nəmləndirir, təzəlik və gözəllik verir.

Böyürtkən
Dəri cavanlaşdırıcı xüsusiyyəti var. Böyürtkən yaddaş itkisindən, daşa qədər bir çox xəstəliyə yaxşı təsir edir. Yarpaqları qaynadılsa, yaraları yaxşılaşdırmada bənzərsiz bir dərmandır.


Faydaları:
— Ayaqlardakı şişləri yox edər.
— Yüksək təzyiqi salar.
— Gözlərdəki zəifliyi aradan qaldırar.
— Daşların düşməsinə köməkçi olar.
— Ağız, dil, diş əti üçün faydalıdır.
— Kökü qaynadılıb, suyu içilsə qandakı şəkər miqdarını salar.


Tarix: 10.12.2014 / 17:37 Müəllif: Aziza Baxılıb: 181 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...