beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bibərin faydaları

Bibər süfrəmizə xüsusi dad və estetik gözəllik gətirməklə yanaşı, sağlamlığımızın da qayğıkeş qoruyucusudur.
Məsələn, həkimlər qırmızı bibərin xərçəngə qarşı böyük müqavimət yaratdığını qeyd edirlər.
Onun tərkibindəki likopen maddəsi prostat ,pankreas və rəhm xərçəngi kimi xəstəliklərə qarşı olduqca təsirlidir.

— Qırmızı bibər antioksidant baxımından olduqca zəngindir və ürək narahatlığı riskini azaldır.

— Çəki salmaq istəyənlər üçün bibər gözəl vasitədir.O,ədən istiliyini artırdığına görə oksigenə eytiyac yaradır.Bunun sayəsində çəkini nəzarətdə saxlamaq xeyli asanlaşır.

— Qırmızı bibərin tərkibində olan A vitamini gözlərə və immunitet sisteminə müsbət təsir göstərir.

— B vitamini isə beyin inkişafı üçün olduqca əhəmiyyətlidir. Maddələr mübadiləsinə təsir edir və zülalın enerjiyə çevrilməsinə kömək edir.

— E vitamini hüceyrələrin dözümlülüyünü artırdığına görə xərçəng yaranması potensialını azaldır.

— Qırmızı bibərdə C vitamini və kalium da boldur.C vitamini ummunitet sistemini gücləndirir, kalium isə infarkt riskini aşağı salır.

— Acı bibərin tərkibində ağrıkəsici maddələr də vardır.

— Harvard tibb məktəbindən olan amerikalı alimlər sübut etdilər ki, acı çili istiotun tərkibinə ağrıkəsici maddələr daxildir.

— Çilinin tərkibinə çox miqdarda kapsaisin və QX-314 maddələri daxildir. QX-314-nin tərkibi lidokainlə (anesteziyada istifadə olunan ağrıkəsici dərman) oxşardır. Lakin bu kimyəvi birləşmələrdən biri olmasa təsir baş verə bilməz: kapsaisin QX-nin hüceyrələrə daxil olmasına kömək edir və insanın ağrı reseptorlarına təsir göstərir.

— Həmçinin acı istiot ağrının aradan qaldırılmasından əlavə, onemiya təsiri yaratmır.

Bu nəticələrə əsasən, alimlər yaxın gələcəkdə qırmızı bibəri innovasiyon anesteji preparatlarda istifadə etməyi planlaşdırırlar.


Tarix: 10.12.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 135 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər