beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Portağal

Bu məqsədlə meyvələrindən və meyvələrinin qabığından istifadə edilir. Titrətmə - qızdırmada portağal şirəsi susuzluğu yaxşı yatızdırır. Portağal və ya onun şirəsi iştahanı açır və həzm prosesini yaxşılaşdırır. Xroniki qəbizlikdən əziyyət çəkənlərə axşam yatmazdan qabaq və səhər acqarına portağal şirəsi içmək məsləhətdir.

Portağal hipertoniyada, aterosklerozda, qaraciyər xəstəliklərində, piylənmədə, podaqra və sinqada faydalıdır. Meyvələrində pektin maddəsi çox olduğuna görə bağırsaqların işini yaxşılaşdırır və zəhərli maddələrin kənar edilməsinə kömək göstərir.

Xalq təbabətində portağal qabıqlarının spirtdə çəkilmiş cövhəri titrəmə - qızdırma əleyhinə vasitədir. Yadda saxlamaq lazımdır ki, mədə və on iki barmaq bağırsaq yarası xəstəliklərində və həmçinin mədə şirəsinin turşuluğu çox olanda portağal və onun şirəsi zərərlidir.

Güclü aybaşında 2 x.qaşığı portağal qabığını 2 st. qaynar suya töküb, gecəni termosda dəmləmək, süzmək. Yeməkdən 30 dəq qabaq gündə 4 dəfə 100 ml qəbul etmək.

Hipertoniya xəstəliyinin başlanğıcında 1 ədəd portağalı qabıqlı sürtkəcdən keçirdib, şəkərlə qarışdırıb 1 ç.qaşığı gündə 3 dəfə 2-3 həftə ərzində qəbul etmək.

Bərk qızdırmada və titrətmə-qızdırmada portağal meyvəsi və onun şirəsi susuzluğu yatızdırır.


Tarix: 22.08.2012 / 02:22 Müəllif: [Ram] Baxılıb: 529 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər