beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəfəri

Bilinən tərəfləri: Tərkibində uçucu bir yağ, "apilan" adlı glikozit, dəmir, B 1 - B 12 və yüksək nisbətdə C vitamini vardır. Özəllikləri: sağlamlıq üçün olduqca faydalı xüsusiyyətləri olan bitki cəfəri-gillər familiyasındandır. 30-100 sm boyuna qədər uzana bilən bitkinin yarpaqları gözəl qoxuludur. İki illik çiçəkləri avqust və iyul aylarında açar. Toxumları balaca və əsmərdir. Torpağı sevən cəfəri dünyanın hər yerində – isti iqlimə sahib bölgələrdə , bağçalarda yetişdirilər.
Göstərişi olan xəstəliklər: Cəfəri qurudulmuş, bişirilmiş, suyu sıxılmış, dəmlənərk, 3-5 dəqiqə qaynadılaraq ya da çiy olaraq istifadə edilə bilər. Hər vəziyyətdə müalicəvi və faydalıdır. Xüsusilə, sapları qüvvətli bir sidik qovucudur. Hər gün qidamızda cəfəri istifadə etsək kökəlməyin qarşısını ala bilərik. Aybaşı sancılarını kəsir, iltihablı yaraların sağalmasını təmin edir.Tərlədicidir, bədəndə yığılan zəhərli maddələri kənarlaşdırır. Dərinin gözəlləşməsinə müsbət təsir edər.
Yüksək arterial təzyiqi aşağı salır. Cinsi istəkləri artırır. Gərginlikdə faydalıdır. Ürək yorğunluğunun qarşısını alır. Qan azlığını aradan qaldırar. Xərçəngə qarşı qoruyur. Qaraciyər şişkinliyini aradan qaldırır, qaraciyərin sağlam çalışmasına, qaraciyər yağlarının azaldılmasına təsiri olar. Bu səbəblə Hepatit B və C – yə qarşı çox
müsbət təsirləri vardır. Öd yollarının axarını asanlaşdırar.
Böyrək daşlarının salınmasına köməkçi olur. Revmatizmada faydalıdır. Mədə və bağırsaqlarda qaz yığılmasının qarşısını alır. Bağırsaq soxulcanlarının salınmasına köməkçi olur. Ana südünü azaldar və beləliklə döşlərin şişməsinin qarşısı alınar. Qanda şəkərin səviyyəsini normal saxlayar. İstifadə etmə qaydası və dozası 1 xörək qaşığı qədər cəfəri 1 stəkan suda qaynadılıb, səhərlər ac qarnına içilsə bədənə fayda verər. Yarpaqları ağız boşluğunda çeynənilərsə ağız qoxusunu aradan qaldırar. Çiy olaraq çoxlu miqdarda istifadə edildiyində qrip və soyuqdəymənin asanca keçməsini təmin edər. Qaraciyər yağlanılması üçün cəfəri sıxılıb suyunun üzərinə limon və su əlavə olunaraq səhərlər ac qarına içilməsi çox yaxşı bir müalicə olacaqdır. Böyrək daşı üçün cəfəri və kərəviz sıxılmış suları və ya 5 dəqiqə qaynadılmış suları bir qayda olaraq hər gün ac qarına səhərlər 1 su stəkanı 3 ay boyunca 3 həftəlik müalicələr halında bir həftə ara verərək içilməlidir. Hepatitli xəstələri üçün 2-3 burun qaynadılaraq gündə 3 dəfə ac qarına içilməsi və ən azı 3 həftə davam edilməsi təklif edilər. Daxili qanaxmalarında qaynadılaraq içilsə qanaxmanı dayandırar. Əlavə təsirləri:Xroniki böyrək iltihabı olanlar müalicə məqsədli cəfərini çox uzun müddət (3 həftədən çox) ara vermədən yeməməlidir. Problemli hamilələrdə hamilə qadınların ilk bir neçə ay cəfəri az miqdarda istifadə etmələri təklif edilir.


Tarix: 07.01.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 734 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər