beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əncir

Əncir ürək - damar sistemi xəstəliklərində, trombozda (damarlarda qan laxtası əmələ gəlməsi) faydalıdır və qanəmələgətirmə vasitəsidir. Onu tərlədici, sidikqovucu, yüngül işlədici və həzm prosesini yaxşılaşdıran qida kimi yemək məsləhətdir.

Əncir beyin fəaliyyətini gücləndirir, fəhimi artırır. Yaponiya alimləri əncirin meyvələrindən şiş əleyhinə dərman təklif ediblər. Əncirin yarpaqları qurd əleyhinə təsirə malikdir.

Əncir xalq təbabətində qədimdən məlumdur. Meyvələrin süddə həlimi quru və göy öskürəkdə və səs telləri şişində işlədilirdi. Xalq təbabəti mürəbbə və həlimini qastrit və qəbizlikdə məsləhət görür.

Əziyyətverici quru öskürək zamanı ənciri süddə qaynadıb onun həlimini uşağa vermək çox faydalı vasitədir, bu həm də çox dadlıdır.

Qəbizlikdə əncir 100 qr, qaysı–10 qr, tumsuz qara gavalı 10 qr, ½ stəkan murdarça həlimi, bal-100 qr. Meyvələri yumaq, ət maşından keçirtmək və bunların hamısını bir qaba töküb qarışdırmaq. Yatmazdan qabaq 1 x.qaşığı bu dərmandan 100 ml soyuq su ilə qəbul etmək.

Göy öskürəkdə və güclü öskürəkdə 16 ədəd ağ quru ənciri 1 litr süddə qaynatmaq. Yeməkdən sonra isti-isti bir stəkan içmək.

Dolamada əncir və nar qabığından bərabər miqdar götürüb qarışdırmaq, yaxşı xırdalamaq və xəstə yerə qoymaq.

Səs xırıltılı və boğuq olduqda 2 x.qaşığı quru əncir meyvəsini 250 ml südə töküb 10 dəq. bişirmək. 100 ml gündə 2-4 dəfə isti-isti qəbul etmək.

Əncirin qurusu yüksək kaloriyalıdır, belə ki tərkibində 77% şəkər var. Qan azlığında, pozulmuş maddələr mübadiləsinin bərpasında, xroniki qəbizlikdə işlədici kimi və hərarəti aşağısalma vasitəsi kimi əncir istifadə edilir. Əncir ürək - damar sistemi xəstəliklərində, xüsusilə müxtəlif növlü aritmiyalarda və həmçinin aterosklerozda, hipertoniyada, tromboflebitdə faydalıdır. Sağlamlığı zəif, yaşlı adamlar əncir ilə qidalanmalıdırlar, çünki əncir qurusu həzm prosesini yaxşılaşdırır, xəstəlikdən sonra və qocalıqda qüvvəni bərpa edir. Müalicəvi əhəmiyyəti qaynanmış isti südlə yedikdə daha çox olur.

Bunun üçün 5-6 ədəd əncir qurusunu 1 stəkan qaynanmış südlə yeməkdən 30 dəq qabaq gündə bir dəfə qəbul etmək.


Tarix: 22.08.2012 / 02:29 Müəllif: [Ram] Baxılıb: 912 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər