Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərik

Əriyin meyvələrində kalsium duzları olduğundan ürək-damar sistemi və qanazlığı xəstəliklərində orqanizmə faydalı təsir göstərir. Ərik bağırsaqların boşalmasına yaxşı təsir edir. A provitamini ilə zəngin olduğu üçün üzün dərisinin gigiyenik şəraitinə yaxşı təsiri var. Üzün dərisini gün yandırarkən əriyin ətindən maska edirlər. Ərikdə karotinin miqdarı çox olduğu üçün onu uşaqların qidasına daxil etmək məsləhətdir.

Ərik təzyiqi olanlar üçün faydalıdır. Onda A vitamini olduğu üçün gözlərə və dəri üçün faydalıdır.

Ərik şirəsi hamilə qadınlar üçün çox faydalıdlır. Pakistan alimləri belə hesab edirlər ki, ölkənin bir qəbiləsinin nümayəndələrinin uzun ömür sürməsinə səbəb həmin qəbilənin ənənəvi olaraq əriklə çox qidalanmasıdır.

Müəyyən edilibdir ki, 100 q ərik qanəmələgətirmə prosesinə 20-40 mq dəmir və ya 200 q təzə qaraciyər kimi təsir göstərir. 150 q ərik şirəsi insanın bir günlük C vitamininə olan tələbini ödəyir. İldə hər adamın 2,5 kq ərik yeməsi məsləhətdir.

Xalq təbabətində ərik astma xəstəliyində məsləhət görülür, o orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edir. Mədəni əriyin tumlarının ləpəsi Çin təbabətində az miqdarda öskürək zamanı sakitləşdirici vasitə kimi işlədilir.

Laringitdə (xirtdək iltihabı), bronxitdə (bronxların selikli qişasının iltihabı), traxeitdə və göy öskürəkdə ərik tumlarının ləpəsinin emulsiyası məsləhət görülür. Emulsiya: 20-30 ərik tumlarının ləpəsi xırdalanır və 1:1 nisbətində kərə yağı ilə qarışdırılır. Gündə 3 dəfə 1 ç.qaşığı qəbul edilir.

Zəiflik (arıqlıq) xəstəliyində quru qaysıdan, əncirdən, kişmişdən, qara gavalıdan hərəsindən 200 qr götürüb bunları bircinsli kütləyə çevrilənə qədər xırdalayıb əzib qarışdırmaq (ət maşından keçirmək olmaz). Bunlara 25 qr xırda doğranmış qoz ləpəsi əlavə etmək və yaxşı qarışdırmaq. Bankaya töküb soyuducuda saxlamaq. Gündə uşaqlara 1 ç.qaşığı, böyüklərə isə 1 x.qaşığı vermək. Bunu qatıqla, kefirlə qəbul etmək. Müalicə kursu 1 ay və daha çoxdur.

Avitaminozda. 1 stəkan ərik qurusu gün ərzində yemək. Böyrəkləri xəstə olanlara olmaz.

Ərik qurusu – qaysı üzvi turşularla, vitaminlərlə, karotin, fosfor, kalsium və dəmirlə zəngindir. Qaysının əsas üstünlüyü onun tərkibində kaliumun miqdarının çox olmasıdır. Buna görə də ürək-damar sistemi və böyrək xəstəliklərində qaysı yemək faydalıdır. Qurudulmuş ərik hipertoniyanın və qanazlığının müalicəsində istifadə edilir. Bundan başqa qaysı yaddaşı yaxşılaşdırır, işləmə qabiliyyətini artırır, beyinin damarlarının işinə müsbət təsir göstərir. İsladılmış qaysı bağırsaqları gözəl təmizləyir, qatı həlimi sidikqovucu təsir edir.

Gündə acqarına 2-3 dəfə ərik yemək və ərik şirəsini bir neçə gün 2 stəkan içmək onikibarmaq bağırsağın xəstəliyində əhəmiyyətlidir.


Tarix: 22.08.2012 / 03:29 Müəllif: [Ram] Baxılıb: 1269 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...