beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yabanı çiyələk

Dərman kimi meyvələrindən və yarpaqlarından istifadə edilir. Yetişmiş meyvələri yığılır, gündə və ya sobada 600C-yə qədər temperaturda qurudulur. Yarpaqları çiçəkləmə dövründə yığılır, dəstə şəklində bağlanıb, təmiz havada kölgədə asılaraq qurudulur. İnsanlar çiyələkdən hələ eramızdan əvvəl istifadə etmişdilər. Çiyələk pəhriz ərzağı kimi qaraciyər, ürək, böyrək xəstəliklərində və avitaminozda C vitamininin mənbəyi kimi məsləhət görülür. Bağırsaqların fəaliyyətini tənzimləmək üçün çoxlu miqdarda çiyələk yemək lazımdır. Çiyələk maddələr mübadiləsini tənzimləyir və xolestrinin və zəhərin çıxmasına kömək edir. Çiyələyin meyvəsi susuzluğu kəsir və iştahanı artırır. Yarpaqlarının və meyvələrinin şirəsi sidikqovucu və podaqranın müalicəsində vitamin vasitəsi kimi işlədilir. Vitaminlərlə çox zəngin olduğu üçün radiasiya ilə zədələnmədən mühafizə vasitəsi sayılır. Çiyələk xalq təbabətində geniş istifadə edilir. M.A.Nosal yazır ki, «Əgər biz 3-4 həftə davam edən çiyələk mövsümündən düzgün istifadə etsək, kurortlara az ehtiyac olar». Hipertoniyada, atrosklerozda, öd və sidik daşı xəstəliklərində çiyələk işlədilirdi. Təzə çiyələk meyvəsinin duz mübadiləsi pozulanda (ostexondroz), xolesistitdə, babasildə, mədə şirəsi az olan qastritdə və qurd əleyhinə dərman kimi ac qarına qəbul etməyi məsləhət görürdülər. Yaraları, ekzemanı, üzdəki piqment ləkələrini müalicə üçün xaricə işlədilir. Ekzemanı müalicə etmək üçün yetişmiş çiyələyi təmiz kətan parçaya sürtüb 3-4 gün xəstə yerə bağlamaq lazımdır. Çiyələk yarpaqlarının çayı sidikqovucu, qankəsici və anginada qarqara etmək üçün gözəl vasitədir. Çiyələk yarpaqlarının həlimi ilə ağızı qarqara etdikdə, damaqları və laxlayan dişləri bərkidir. Qafqazda çiyələk şirəsi ürək xəstəliklərinin müalicəsində işlədilir. Yarpaq və köklərinin həlimi sarılıqda və babasildə faydalıdır. Öd daşı və böyrək xəstəliklərini çiyələklə aşağıdakı kimi müalicə etmək olar. Bu hamı üçün mümkün olan həm də dadlı bir üsuldur. Çiyələk mövsümündə (3-4 həftə) hər gün 3-5 stəkan çiyələk yığıb yemək bu əzablı xəstəliyi uzun müddət yaddan çıxardır və həm də daş əmələgəlməsinin qarşısını alır. Çiyələyi xəstənin özü yığıb yeməsi daha faydalıdır və yadda saxlamaq lazımdır ki, yığılmış çiyələkləri qaynanmış soyuq su ilə yuyub yemək lazımdır. Çiyələk həddən artıq şəfavericidir. Bundan ləzzətli və faydalı dərman təsəvvür etmək çətindir. Çiyələk soyuq südlə çox ləzzətlidir. Dadına baxın. Qədimdə belə bir məsəl vardır ki, hansı evdə çiyələk var, o evdə həkimə iş yoxdur. Elə bir xəstəlik tapıb demək olmaz ki, onda çiyələk işlədilməsin və faydalı olmasın. Çiyələk skleroz əleyhinə təsirə malikdir və qanın tərkibini yaxşılaşdırır. Orqanizmin ümumi zəifliyində, qanazlığında və yuxusuzluqda çiyələk faydalıdır. Çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır. Çiyələk bitkisinin çayı ağ ciyər xəstəliklərində: bronxial astmada, vərəm xəstəliyində və vərəm xəstələrinin gecə tərləməsində faydalıdır. Mədə yarası xəstəliyində çoxlu miqdarda çiyələk yemək faydalıdır. Çiyələk bitkisinin çayı (həlimi) yoğun və nazik bağırsaqların kataraktında, qaraciyərin, dalağın, öd kisəsinin və böyrəklərin iltihabında işlədilirdi. Xalq əsrlər boyu bu çaydan içmişdir, çünki bu çay çox zərərsizdir və həm də faydalıdır. Çiyələk podaqra xəstəliyində səmərəlidir. Böyük botanika alimi Karl Liney çoxlu miqdarda təzə çiyələk yeməklə özünü podaqra kimi xəstəlikdən tamamilə müalicə etmişdir. Ağız və boğaz iltihabında, ağızdan pis iy gələndə, çiyələyin yerüstü çiçəkləyən hissəsindən (xırdalanmış) bir litr suda 4-5 xörək qaşığı həlim bişirmək, ağız və boğazı qarqara etmək. Üzdəki müxtəlif ləkələri təmizləmək və üzün dərisinin rəngini yaxşılaşdırmaq üçün bu həlimlə üzü yumaq və üzə məlhəm qoymaq məsləhətdir.

Bu həlimdən gündə 3-4 dəfə yeməkdən qabaq 1/3 stəkan içdikdə maddələr mübadiləsi normallaşır, tərləmə azalır və qan tənzimlənir. Çiyələk şirəsindən və ya əzilmiş çiyələkdən yatmazdan qabaq üzə maska qoymaqla üzün dərisi təmizlənir, təzələnir və yumşalır, qabıq vermir, elastik olur, xırda qırışlar, çillər, anadangəlmə ləkələr və sızaqlar yox olur.

Qeyd etmək lazımdır ki, çiyələyi çox yedikdə bəzi adamlarda allergiya baş verir. Belə halda onu az-az yemək və ya onun şirəsini içmək lazımdır.

Mədəni halda becərilən çiyələk də – faydalıdır, lakin bu çiyələyin təsiri nisbətən azdır. Xalq təbabətində belə hesab edirlər ki, çiyələk qanı, bağırsaqları təmizləyir. Ona görə də revmatizm və qaraciyər xəstəliklərində həkim məsləhəti ilə çiyələk pəhrizi edirlər, bir həftə ərzində hər gün 1,5 kq çiyələk yemək və orqanizmi duzlardan təmizləmək.

Meyvələrin həlimi. Quru meyvələrinin (1:20) üzərinə qaynar su tökülür və 12 saat dəmlənir, yeməkdən qabaq gündə 2 dəfə ½ stəkan içir.

Yarpaqlarının həlimi. Yarpaqlarından bir xörək qaşığı bir stəkan su ilə çaynikə töküb 15 dəqiqə qaynatmaq. Soyuduqdan sonra sıxıb süzmək, əvvəlki həcmə çatana qədər qaynanmış su əlavə edib gündə 3-4 dəfə bir xörək qaşığı içmək məsləhətdir.

Çiyələk yarpaqlarının çayı. 3-5 q (bir xörək qaşığı) quru yarpaqlarını 200 ml qaynar suda çay kimi dəmləyib içmək lazımdır. Bu çay babasil,bağırsaq kataraktında, böyrək və sidik yolları xəstəliklərində faydalıdır. Çiyələk yarpaqlarından dəmlənən çay, adi çayı əvəz edə bilər və onu hər gün çay kimi içmək olar.

Çiyələk maskası. Çiyələyi əzib südə qatmaq və bura 2-3 bişmiş kartof qatıb xəmir halına gələnə qədər qarışdırmaq, üzü yuyub ona maska qoymaq. Bu maska 20-30 dəqiqə üzdə qaldıqdan sonra isti su ilə yumaq. Əgər bu məhlula limon şirəsi əlavə edilsə, onda üzün dərisi ağarar və elastikləşər.

Çölçiyələyinin bütün hissələri qanazlığında istifadə edilir:

1. Yarpaqlarından və ya bütün bitkidən 3-4 qr 2 stəkan qaynar su töküb dəmləmək, gün ərzində yeməkdən qabaq içmək.

2. Bütün bitkidən 1 x.qaşığı 1 stəkan suya töküb 5-10 dəq. qaynatmaq, 2 saat dəmləmək, süzmək yeməkdən qabaq gündə 3 dəfə 1/3- ¼ stəkan bu həlimi qəbul etmək.

Qlaukoma xəstəliyində: Çöl çiyələyinin yarpaqlarından və ya meyvələrindən 1 x.qaşığı götürüb qaynar su töküb 2 saat dəmləmək. Gündə 3 dəfə yeməkdən 30 dəq qabaq 1/3 stəkan qəbul etmək.

Dişlərdə daş əmələgəlməməsi üçün çoxlu çiyələk yemək lazımdır.

Aybaşı çox olanda 1 x.qaşığı çiyələyin yarpaqlarının üstünə 1 stəkan qaynar su töküb 30 dəq. dəmləmək, süzmək. Yeməkdən 20 dəq. qabaq gündə 3 dəfə 1 x.qaşığı qəbul etmək.

Kardiosklerozda çöl çiyələyinin yarpaqlarından və köklərindən 1 x.qaşığı götürüb 15-20 dəq. qaynatmaq, 1 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəq. qabaq gündə 3-4 dəfə 50-70 ml qəbul etmək lazımdır.

Aterosklerozda çöl çiyələyinin yarpaqları və kökləri (bütün bitki) kömək edir. Həlim: 1 ç.qaşığı köklərindən 1 stəkan suya töküb 15 dəq qaynatmaq, sonra 1 ç.qaşığı yarpaqlarından əlavə edib 1saat dəmləmək. Gün ərzində 3 dəfə içmək.

Bronxial astmada: Çöl çiyələyi yarpaqlarından 2 x.qaşığı 2 stəkan qaynar suda 40 dəq. dəmləmək, sonra süzmək. Hər 2 saatdan bir 1 x.qaşığı qəbul etmək.

Artrit, artroz xəstəliklərində və podaqrada: 1 x.qaşığı çöl çiyələyini 1 stəkan suda 15 dəqiqə qaynatmaq. Sonra bir neçə qat tənzifdən süzüb içmək.

Pielonefritdə (böyrək xəstəliyi) 20 qr. çöl çiyələyi yarpaqlarının üstünə 200 ml qaynar su töküb 2 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəq. qabaq gündə 3 dəfə 200 ml qəbul etmək.

Maddələr mübadiləsi pozulanda çöl çiyələyinin bütün bitkisi yarpaqları, meyvələri, kökləri, gövdəsi xalq təbabətində geniş istifadə edilir. Çay: 1-2 x.qaşığı yarpaqları və kökləri 1-2 stəkan qaynar suda 1 saat dəmlənir, yeməkdən qabaq ½ stəkan gündə 3-4 dəfə içilir.

Çöl çiyələyinin yarpaqları və kökləri (bütün bitki) kardiosklerozda qəbul edilir. Həlim: 1 ç.qaşığı kökləri və gövdəsi 1 stəkan qaynar suda 15 dəq qaynadılır, 1 ç.qaşığı yarpaq əlavə edilib 1 saat dəmlənir və 3 dəfəyə içilir.

İnfarkdan sonra çöl çiyələyinin yarpaqlarından və köklərindən 1 stəkan qaynar suya töküb, qapağı bağlı çaynikdə 15-20 dəq qaynatmaq, 1 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəq. qabaq 50-70 ml gündə 3-4 dəfə qəbul etmək.

Maddələr mübadiləsi pozulması ilə əlaqədar olan xəstəliklərdə və o cümlədən, həddən artıq kökəlmədə (piylənmədə) çöl çiyələyinin bütün hissələri (meyvələri, yarpaqları və gövdəsi) əvəzolunmaz müalicə vasitəsidir. Məhdudiyyət qoyulmadan təzə meyvələrinin istənilən qədər yeyilməsi məsləhət görülür. Çay: 1-2 x.qaşığı xırdalanmış quru çöl çiyələyi 1-2 stəkan qaynar su tökülərək 1 saat dəmlənir. Yeməkdən qabaq gündə 3-4 dəfə ½ -2/3 stəkan içilir.

Çöl çiyələyinin yarpaqlarından, köklərindən və gövdəsindən həlim hazırlanır və aterosklerozda və hipertoniyada qəbul edilir. Həlim: 1 x.qaşığı yarpaqlarından və ya köklərindən 1 stəkan qaynar suya töküb 15-20 dəq. dəmləmək, yeməkdən qabaq gündə 3-4 dəfə ½ -¼ stəkan içmək.

Sidikdaşı (böyrəkdaşı) xəstəliyində 1 x.qaşığı çiyələyin meyvələrindən və yarpaqlarından 1 stəkan qaynar suya töüb 20 dəq dəmləmək, süzmək. Yeməkdən 20 dəq qabaq 100-200 ml gündə 3 dəfə qəbul etmək.

Çoxtərləmədə (gecə tərləməsində) 2 x.qaşığı çiyələk yarpağına 2 stəkan qaynar su töküb gecəni termosda dəmləmək, süzmək. Gündə 4 dəfə yeməkdən 30 dəq qabaq 100 ml qəbul etmək.

Çöl çiyələyini çox yedikdə o qalxanvari vəzinin yod udma qabiliyyətini azaldır. Məhdudiyyət qoymadan yemək olar.

Dəri xəstəliklərində (piodermiya): çöl çiyələyinin yarpaqların-dan 2 x.qaşığı götürüb 1 st. qaynar suda 2 saat dəmləmək. Gündə 4 dəfə yeməkdən 30 dəq qabaq 50 ml qəbul etmək.

Enteritdə (nazik bağırsağın selikli qişasının iltihabı) çöl çiyələyinin yarpaqlarının əzilmişindən 1 x.qaşığı götürüb 2 st. qaynar su töküb 6 saat dəmləmək və süzmək. Gündə 2-3 dəfə yeməkdən 20 dəq. qabaq ½ stəkan içmək.

Çöl çiyələyinin yarpaqlarının (və ya bütün bitkinin) həlimi nazik bağırsağın iltihabında, qəbizlik və ishalla müşahidə olunan yoğun bağırsağın kataraktında məsləhət görülür.

Həlim: 1 x.qaşığı yarpaqları 1 stəkan qaynar su tökülərək 5-10 dəq. qaynadılır, 2 saat dəmlənir, 1/3 stəkan qəbul edilir.

Diffüzion zobda çöl çiyələyinin köklərinin və bitkisinin xırdalanmışından 2 ç.qaşığı götürüb 1 stəkan qaynar su töküb 10 dəqiqə dəmləmək, süzmək. Gündə 2 stəkan içmək.

Çiçək tozcuqları: Tozcuqlar əsəb sisteminə yaxşı təsir göstərir, ürəyin fəaliyyətini normallaşdırır və mədə - bağırsaq sistemini, ağ və qara ciyərlərin, böyrəklərin, daxili vəzilərin sekresiyasının işini stimullaşdırır. Bitkilərin tozcuqları öz tərkibinə görə nadir qida məhsulu və bir çox xəstəliklərin müalicəsində və proflaktikasında universal təsirə malik dərman vasitəsidir. Məlumdur ki, bütün xəstəliklər üçün vahid və yüksək səmərəli dərman yoxdur və ola da bilməz. Lakin elə dərmanlar var ki, onu bir çox xəstəliklərdə müvəffəqiyyətlə istifadə etmək olar. Çiçək tozları belə dərmanlardandır. Təcrübi olaraq elə bir xəstəlik yoxdur ki, həmin xəstəlikdə çiçək tozu, bu və ya başqa dərəcədə faydalı olmasın.

Çiçək tozcuqları bizim və başqa ölkələrin farmokoloqları tərəfindən yaxşı öyrənilib və onların müalicəvi əhəmiyyəti də klinistlər tərəfindən yoxlanılıb. Formokoloqlar və klinistlər çiçək tozcuqlarının böyük profilaktik və müalicəvi əhəmiyyətə malik olduğunu təsdiq ediblər. Tozcuqlar təcrübi olaraq orqanizm üçün zərərsizdir (zərərli bitkilərin tozcuqlarından başqa).

Aparılmış çoxlu miqdarda tədqiqatlar tozcuqların qəbulunun yüksək səmərəli olduğunu aşağıdakı xəstəliklərdə sübut etmişdir: ürək – damar sistemi xəstəliklərində, hipertoniyada, qanazlığı və ağ qanlılıq xəstəliklərində (qan əmələgətirən vasitə kimi), mərkəzi əsəb və endokrin sistemlərinin xəstəliklərində.

Bitkilərin tozcuqları mədə –bağırsaq iltihabında, iştahanın artırılmasında, bağırsaqların fəaliyyətinin tənzimlənməsində, xüsusilə də xroniki qəbizlikdə yaxşı təsir göstərir. Uşaq xəstəliklərinin profilaktika və müalicəsində tozcuqlar yaxşı nəticə verir. Tozcuqlar orqanizmin qocalmasına mane olur. Kosmetikada da onlardan geniş istifadə olunur. Arılar bitkilərin tozcuqlarını toplayır, mürəkkəb fermentizasiyasından keçirib bal ilə qarışdırıb özlərinə yem hazırlayırlar ki, bu yemsiz arı ailəsi yaşaya bilmir. Çiçək tozcuqlarında yüksək aktivliyə malik olan antibiotiklər vardır ki, bunların sayəsində onlar min illər mühafizə olunub qalır.

Təcrübə göstərir ki, müalicə bitkiləri toplandığı kimi çiçəklərin də tozcuqlarının toplanmasını (yığılmasını) təşkil etmək olar və bəzi ölkələrdə bu müvəffəqiyyətlə həyata keçirilir.

Hipertoniya xəstəliyinin başlanğıcında çiçək tozcuqlarının bal ilə 1:1 və ya 1:2 nisbətində qəbul etmək faydalıdır.

Arılar tərəfindən toplanan çiçək tozcuqları bədxassəli qanazlığında, beynin iltihabında yaxşı müalicə əhəmiyyətinə malikdir. Dəmləmə: 180 qr bal, 50 qr tozcuq və 800 ml su. Balı soyuq suda həll etmək, az-az tozcuq əlavə etmək və fasiləsiz qarışdırmaq. Bu qatışığı bir neçə gün otaq temperaturunda (200C) qıcqırma prosesi baş verənə qədər saxlamaq. Alınan məhlul yaxşı dada və ətirə malik olur. Qarışdıraraq bu məhluldan gündə ¾ stəkan yeməkdən qabaq qəbul etmək. Bu dərmanı 6 gün ərzində qəbul etmək və yeni porsiya hazırlayıb qəbul etmək lazımdır.

Profilaktika məqsədilə qəbul edilən tozcuq dozası gündə üç dəfə bir çay qaşığından bir xörək qaşığına qədərdir. Tozcuqlar təzə halda daha səmərəlidir. Tozcuqları bal ilə şüşə qabda saxlamaq olar. Bal ilə tozcuqların nisbəti 2:1 götürülür (iki hissə bal, bir hissə tozcuq – məs. 200 qr. bal 100 q. tozcuq). Meyvə ağaclarının tozcuqları çox xeyirlidir.

Məşhur fransız alimi və ictimai xadimi Alen Kaya kişilərin 50 yaşdan sonra hər gün 15 qram tozcuq istifadə etməsini məsləhət görürdü.


Tarix: 22.08.2012 / 02:30 Müəllif: [Ram] Baxılıb: 2341 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər