Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Şəfalı meyvə və TərəvəzlərMöcüzəvi Aloe vera

Təbii şəkildə yetişən Aloe veranın faydaları çoxdur və heç bir qorxusuz rahatlıqla istifadə edilə bilər. Bu bitki faydalarına görə möcüzə də adlandırır. Son zamanlarda kosmetologiyada tez-tez istifadə edilən bitkilər sırasındadır. Tərkibindəki minerallar sayəsində dəriyə çox yaxşı təsir edir.

İltihablara qarşı mübarizə aparırAloe vera
Bədəni qüvvətləndirir
Günəş yanıqları və böcək sancan yerləri tez sağaldır.
Dərini nəmləndirir və qurumuş dərini yaxşılaşdırıb nəmi balanslayır.
Dərinin sağalma prosesini tezləşdirir
Aloe veranı sirkə ilə qarışdırıb saç diblərinə çəkildikdə saç tökülməsinin qarşısını alır.
Yaşlanmanı gecidkirir.
Çox yaxşı təmizləyici olduğu üçün ölü hüceyrələri yox edir və dəridəki məsamələri təmizləyir.
Dəridəki toksin və artıq çirkləri yox edərkən tərkibində olan mineral və amino turşuları Ardı »

Şəfalı meyvə və TərəvəzlərAlça və şaftalı qısa vaxt ərzində xərçəng hüceyrələrini öldürür

[color=#fe5e5e]Mütəxəssislər bu iki meyvədə olan birləşmələrin xərçəng hüceyrələrini qısa zamanda öldürdüyünü isbatlayıblar. Texas araşdırma mərkəzində yalnız şaftalı və alçada çox yüksək miqdarda rast gəlinən iki fenol birləşmənin xərçəng hüceyrələrini qısa zaman ərzində öldürdüyü isbatlanıb və əldə olunan nəticələr mətbuatda dərc olunub. Araşdırmanı aparanlaradan doktor David Brayn “kimyaterapiya bütün hüceyrələri öldürdüyü halda, meyvə tərkibli birləşmələr sağlam hüceyrələrə təsir etmir , lakin xərçəng hüceyrələrinə toksiki yəni öldürücü təsir edir’’ deyib. Meyvələrdəki antioksidant miqdarını da araşdıran elm adamları məlum olan meyvələr içərisində bu maddənin alçada olduğunu aşkarlayanda çaş-baş qalıblar. Dünyadakı qadın ölümlərinin 16%-i döş xərçəngindən qaynaqlanır. Bu səbəbdən xüsusilə şaftalı və alçanın Ardı »

Şəfalı meyvə və TərəvəzlərQarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir.

Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var.

Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir.

Qarğıdalı qanda ateroskleroza səbəb olan pis xolesterinin və şəkərin səviyyəsini aşağı salır, mübadilə proseslərini tənzimləyir.

Qarğıdalı B qrupu vitaminlərlə zəngindir və bu səbəbdən sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Lakin qarğıdalı köpə səbəb olur və bu səbəbdən onun həddən artıq çox yemək olmaz.

Qarğıdalı yağlı və qizarmış qidaların mənimsənilməsini asanlaşdırır, onların orqanizmə Ardı »

Şəfalı meyvə və TərəvəzlərYox bir, şaftalı dənəsi...

Hər birimiz şaftalını yeyib dənəsini tullayırıq. Lakin heç bilmirik ki, tulladığımız dənənin bizə nə qədər xeyri var.

Təcrübələrə əsasən müəyyən olunub ki, lazımsız hesab etdiyimiz şaftalı dənəsi xərçəng xəstəliyinə qarşı güclü təsirə malik olanlateril maddəsindən ibarətdir. Şaftalı, gavalı, ərik, badam — bütün bunlar dənələrinə görə oxşardılar.

Adını sadaladığımız bu meyvələrin dənələrində B17 və kimyəvi konsentrant olan lateril maddəsi var. Bu da onu göstərir ki, yuxarıda adlarını saydığımız meyvələrin dənələrini atmayıb qida kimi qəbul etsək, xərçəng xəstəliyindən qorunmağımızda çox xeyiri ola bilər Ardı »

Şəfalı meyvə və TərəvəzlərKəklikotu.

Soyuqdəymənin ən yaxşı dərmanı kəklikotudur. Müalicəvi bitkilərdən olan kəklikotu faydalı xüsusiyyətləri ilə əsl şəfa mənbəyidir. Kəklikotu hələ qədimdən xalq təbabətində əsasən soyuqdəymənin dərmanı kimi işlədilib. Tərlədici, bəlğəmgətirici və antiseptik xassəyə malik olduğu üçün laringit, bronxit, göy öskürək, pnevmaniya kimi xəstəliklərdə, eləcə də boğaz ağrılarında ondan faydalı vasitə kimi istifadə etmək olar.
Kəklikotu dəmləməsi qarqara şəklində ağız boşluğunun və udlağın iltihabı zamanı, eləcə də mədə-bağırsaq xəstəliklərində əhəmiyyətli sayılır. Onun çiçəklərini çeynəmək diş ağrısına, damaqların möhkəmlənməsinə müsbət təsir edir. Kəklikotu həmçinin iştahı yaxşılaşdırır, həzmə kömək edir, mədəni və ciyəri təmizləyir. Bu bitkinin həlimi qarında köp və spazmı götürür, bağırsaq qurdlarını tökür. Qan təzyiqi yüksək Ardı »

Şəfalı meyvə və TərəvəzlərÇİYƏLƏK (YABANI ÇİYƏLƏK)

Dərman kimi meyvələrindən və yarpaqlarından istifadə edilir. Yetişmiş meyvələri yığılır, gündə və ya sobada 600C-yə qədər temperaturda qurudulur. Yarpaqları çiçəkləmə dövründə yığılır, dəstə şəklində bağlanıb, təmiz havada kölgədə asılaraq qurudulur. İnsanlar çiyələkdən hələ eramızdan əvvəl istifadə etmişdilər. Çiyələk pəhriz ərzağı kimi qaraciyər, ürək, böyrək xəstəliklərində və avitaminozda C vitamininin mənbəyi kimi məsləhət görülür. Bağırsaqların fəaliyyətini tənzimləmək üçün çoxlu miqdarda çiyələk yemək lazımdır. Çiyələk maddələr mübadiləsini tənzimləyir və xolestrinin və zəhərin çıxmasına kömək edir. Çiyələyin meyvəsi susuzluğu kəsir və iştahanı artırır. Yarpaqlarının və meyvələrinin şirəsi sidikqovucu və podaqranın müalicəsində vitamin vasitəsi kimi işlədilir. Vitaminlərlə çox zəngin olduğu üçün radiasiya ilə zədələnmədən mühafizə Ardı »

Şəfalı meyvə və TərəvəzlərRazyana

Razyana (aptek şüyüdü) xoş ətirli bitkilərdən sayılır və çətirçiçəklilər, Apiaceae fəsiləsinə aid bitkidir. Onun ətrini buruna tutmadan da hiss etmək olur. Bəzən razyananı boyana da adlandırırlar. Xoş ətrinə görə ətriyyat və yeyinti sənayesində, habelə məişətdə geniş tətbiq sahələri var. Yarpaqları və körpə zoğları salatlarda, şorba və plov hazırlanmasında istifadə edilir.

Botaniki təsviri

Hündürlüyü 2 metrə qədər olan ikiillik ot bitkisidir. Dəyirmi formalı, yuxarı hissəsi budaqlı gövdəsi və növbəli düzülmüş qınlı yarpaqları var. Gövdəsinin aşağısındakı yarpaqları saplaqlı, ayası çox sayda lələkvari yarılmış, xətvari-sapşəkilli payları əmələ gətirmişdir. Gövdəsinin yuxarı hissəsindəki yarpaqları, demək olar ki, oturaqdır.

Adi razyananın sarı rəngli, beş ləçəkli xırda çiçəkləri var. Onlar mürəkkəb Ardı »

Şəfalı meyvə və TərəvəzlərZəfəran,,,

Yunan əfsanələrindən birində bu bitkinin yer üzündə yaranma tarixçəsi belə təsvir olunur: Merkuri allahının Krokus adlı bir dostu var imiş. Bir dəfə Merkuri disk atarkən təsadüfən Krokusu yaralayır və gənc ölür. Qana boyanmış torpaqdan isə sarı-narıncı rəngli zəfəran gülü bitir. Başqa mənbələrə görə bitkinin latın dilindəki «krokus» adı hətta Homerə də məlum idi. Belə güman edilirdi ki, bu bitkinin ən yaxşı növləri «Kronos» adlı ərazidə yetişirdi. Bəlkə də əksinədir, həmin ərazi zəfərana görə belə adlanlırılıb? Ərəb dilindən tərcümədə isə gülünün borucuqları və dişciklərinin rənginə görə zəfəran «sarı» mənasını verir.
Maraqlıdır ki, zəfəranın həm yazda, həm də payızda çiçəklənən növləri məlumdur. Bitkinin yazda Ardı »