beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quş üzümü

Ən çox quşüzümünün meyvələrindən istifadə edilir. Quşüzümünün meyvələri maddələr mübadiləsi pozulduqda, qanazlığında, hipertoniyada, qlaukomada faydalıdır. Böyrək, mədə, qaraciyər, mədəaltı vəzi, şəkər, malyariya, yel, ağciyər vərəmi, ateroskleroz, baş ağrısı xəstəliklərində istifadə edilir. Təngənəfəslikdə quşüzümü yarpaqlarının çayı bal ilə içilir.

Titrətmə - qızdırmada quşüzümü meyvələri və onun şirəsi qızdırma salan vasitə kimi istifadə edilir.

1. Pielonefritdə (böyrək xəstəliyi) quşüzümünün xırdalanmış meyvələrindən 1 x.qaşığı götürüb 1 stəkan qaynar suda 1 saat dəmləmək. Gündə 3-5 dəfə yeməkdən 20 dəq qabaq 100-130 ml qəbul etmək. Hər dəfə yenidən dəmləmək lazımdır.

2. Quşüzümünün yarpaqlarından 3 x.qaşığı götürüb 500 ml qaynar suda 1 saat dəmləmək, süzmək. Yeməkdən 20 dəq qabaq gündə 2-3 dəfə 100 ml qəbul etmək.

Sistitdə (sidik kisəsinin iltihabında) və sidik orqanlarının xəstəliyinin profilaktikasında: quşüzümünün təzə meyvələrinin şirəsindən 2 x.qaşığı yeməkdən ½ saat qabaq gündə 2 dəfə qəbul etmək faydalıdır.

Mədə və 12 barmaq bağırsaq yaralarında quşüzümü yemək olmaz!

Quşüzümü hərarət salan, yarasağaldan, iltihab əleyhinə vitaminli vasitə olub, tərlədici, sidikqovucu və qandurulducu xassələrə malikdir.

Xalq təbabətində quşüzümü soyuqdəymədə, anginada, qanazlığında, böyrək və sidik kisəsi xəstəliklərində istifadə edilir.

Quşüzümünün tərkibində olan pektin maddəsi orqanizmdən zərərli xolesterini və ağır metalların duzlarını xaric edir.

Toromboflebitdə, hipertoniyada: 2 x.qaşığı yetişmiş quşüzümünü yeməkdən 30 dəq. qabaq gündə 2-3 dəfə yemək faydalıdır.

Aterosklerozda və sistit xəstəliklərində: 20 qr təzə quşüzümü meyvələri və quru yarpaqların qarışığını 1 stəkan qaynar suya töküb termosda 3-4 saat dəmlənir. Yeməkdən yarım saat qabaq, ½ stəkan gündə 2-3 dəfə içilir.

İmmunitet aşağı olanda: 1 kq quşüzümünü, 1 kq doğranmış alma ilə qarışdırmaq. 2 stəkan qoz ləpəsini xırdalayıb, 2,5 kq şəkərin 1 stəkan su ilə hazırlanmış şərbətlə qarışdırmaq. Bütün bunların hamısını bir qaba töküb sakit odda 30 dəq. bişirmək və bankaya tökmək səhər-səhər 1 x.qaşığı su ilə içmək məsləhətdir.


Tarix: 22.08.2012 / 02:21 Müəllif: [Ram] Baxılıb: 2504 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər