beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tutun xeyirli xüsusiyyətləri

Ağ və qara olan tutun tərkibində vitamin və minerallarla yanaşı mikrob öldürücü xüsusiyyəti də var. İstehlak etdiyimiz tutun neyə necə yaxşı təsir göstərdiyini görüncə çox heyrətlənəcəksiniz.

Vücuda qüvvət verir, qansızlığı aradan qaldırır. Ağız, boğaz iltihabı, diş əti xəstəlikləri və öskürəyə qarşı faydalıdır. Hərarəti salır. Qaraciyəri qüvvətləndirir. Mədə və bağırsaqların işini nizamlayır.

Xüsusilə yeməklə birlikdə yeyildikdə həzmi asanlaşdırır. Ac qarınına yeyilən ağ tut bağırsaq qurdlarını salır. Mədə və bağırsaqları rahatlaşdırır. Qara tut isə ağız və boğaz iltihablarına yaxşı təsir göstərir. Rəngindən asılı olmayaraq qana xeyirlidir. Adamın kilo almasını təmin edir və iştah açır.

Ağ tutun 15-20 qram yarpağı üç su stəkanı su ilə qaynadıb içilərsə sidik qovucu təsir göstərər. Bu tərkib eyni zamanda atəş salıcı olaraq da istifadə edilməkdədir. Tutun təzə yarpaqlarıyla dəridəki yaralara və burundakı qanamalara tampon edilərsə qanamaları dayandırar.

Quru tutun yarpaqları və qabıqları qaynadılıb əldə edilən maye ilə qarqara edilərsə boğaz, ağız və diş əti iltihablarının qarşısını alar.


Tarix: 10.12.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər