beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sidr

Ləpələrindən və iynə yarpaqlarından alınan şam ekstratından istifadə edilir. Şam ekstratı yel (revmatizm) xəstəliyində və orqanizmi ümumi möhkəmlətmə vasitəsi kimi vannasını qəbul etmək məsləhətdir. Xalq təbabətində sidr qozalarının ləpəsi əsəb pozğunluğunda, ağ ciyər vərəmində, böyrək və sidik kisəsi xəstəliyində istifadə edilir.

Dahi təbib Əbu İbn Sina sidr qozunun istifadəsi barədə çox maraqlı məlumat vermişdir. O yazır ki, sidr qozaları, xüsusilə də şirin çaxırda bişmişi, ciyərləri çirkdən yaxşı təmizləyir. Onları bal ilə yedikdə böyrəkləri və sidik kisəsini pis mayelərdən təmizləyir və onların sidiksaxlama qabiliyyətini yüksəldir. Sidiyin damcı-damcı axmasını müalicə edir. Sidik kisəsini yaradan və daşdan qoruyur. Ləpələrini yedikdə orqanizmdə pis xolestirinin miqdarını azaldır.

Orqanizmdə maddələr mübadiləsini tənzimləmək, orqanizmi ümumi möhkəmləndirmək və həyat tonusunu qaldırmaq üçün Sibirdə qədimdən bəri sidr qozalarının araqda çəkilmiş cövhərindən istifadə edilir. Bu cövhər sağlamlıq balzamı adlanır. Sidr balzamının hazırlanmasının bir neçə üsulu vardır. Ən geniş istifadə edilən üsul belədir:

Üç litrlik bankaya bir kiloqram yuyulmuş sidr qozu, bir kiloqram şəkər və bir litr araq tökülür. Qaranlıq və isti yerdə tez-tez qarışdırmaqla üç sutka saxlamaq, sonra alınmış mayeni başqa qaba süzmək və qalan qozun üstünə hər dəfə bir litr araq əlavə edib üç gün gözləməklə süzməyi iki dəfə də təkrar etmək. Bundan sonra üç dəfəyə alınan mayeni bir yerə qatıb qara şüşə butulkaya doldurub qaranlıq yerdə saxlamaq.

Sibir sidr ağacının qozlarının qabıqlarından hazırlanmış cövhər babasildə, qaraciyər və böyrək xəstəliklərində istifadə edilir.

Cövhər: ½ stəkan qabıqlara 1 stəkan qaynar su töküb, 1-2 saat dəmləmək, 2 dəfəyə içmək.

Sidr qozu orqanizmin bir sıra xəstəliklərə qarşı müqavimətini artırır, insanın ömrünü uzadır. Sidr qozu cinsi fəaliyyəti bərpa edir. Onu məhdudiyyət qoymadan qəbul edirlər.

Ayaqlardan və əllərdən tükləri təmizləmək üçün sidr ağacı qozalarının qabıqlarının 30% həlimi ilə müntəzəm yuyunmaq məsləhətdir.

Kista xəstəliyində 0,5 stəkan sidr ağacının qozunun qabığından 500 ml qaynar su töküb 2 saat zəif odda qaynatmaq, soyudub, süzmək. Yeməkdən 30 dəq qabaq 1/3 stəkan gündə 3 dəfə qəbul etmək. 1 ay içmək 10 gün fasilə etmək və kursu təkrar etmək.

Sidr qozunun ləpələri orqanizmin cinsi fəaliyyətini bərpa edir və adamın gümrahlığını özünə qaytarır. Bunun üçün gündə 100-200 qr qoz yemək məsləhət görülür.

Kişiliyi itirəndə (impotensiyada) sidr ağacının meyvələrinin ləpələrini toz şəklinə keçənə qədər əzmək. Sonra tədricən su əlavə edib qarışdırmaq və ağ emulsiya halına salmaq. Yeməkdən 20 dəq qabaq gündə 3 dəfə 100 qr qəbul etmək


Tarix: 22.08.2012 / 02:18 Müəllif: [Ram] Baxılıb: 1312 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər