beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noxudun faydaları

Noxud kiçik olsa da insan sağlamlığının keşiyində duran bitkilərdəndir. Əgər bədəninizdə olan C vitamini ehtiyatını doldurmaq istəyirsinizsə, depressiyanı özünüzdən uzaqlaşdırmaq istəyirsinizsə, qəlbinizi qorumaq istəyirsinizsə yaşıl noxudları yeməkdən qafil olmayın.

C vitaminifaydalı noxud
90 qram yaşıl noxud bizim C vitamininə olan gündəlik ehtiyacımızın 50 %-ni ödəyir. C vitamini bədən əzələlərinin böyüməsi və həm də kollagen əmələ gətirməsi üçün zəruridir. Kollagen əzələlərə, dəriyə lazım olan proteyindir. Kollagen olmasa, əzələlərin işi ləngiyər. Bununla yanaşı C vitamini daha çox dəmirin cəzb olunması üçün lazımlıdır. Bədənimiz bu vitamini əmələ gətirə bilmir və saxlaya bilmir. Ona görə də hər gün bu vitamini qəbul etməyimiz şərtdir. Yaşıl noxud da bu vitamini əldə etmək yollarından biridir.

Depressiyanı uzaqlaşdırar
Yaşıl noxud xam və bişmiş halda fol turşusu mənbəyidir. Yarım stəkan yaşıl noxud yesək bu vitaminə olan gündəlik ehtiyacımızın 13%-ni ödəmiş olarıq. Fol turşusu bədənə lazım olan maddələrdəndir. Bu turşunun azlığı nəticəsində depressiya yarana bilər. Tədqiqatlar göstərir ki, hər kim fol turşusunu lazımı qədər qəbul edirsə, 50% daha az depressiya təhlükəsi altında olur. Ona görə də depressiyadan uzaq olmaq üçün yaşıl noxud yeyək.

Qəlbinizin dostudur
90 qram bişmiş yaşıl noxud bizim fibrlərə olan gündəlik ehtiyacımızın dörddə birini təmin edir. Tədqiqat göstərir ki, o xanımlar ki, fibrlə zəngin yeməklər yeyir, az fibr qəbul edən xanımlardan daha sağlam və daha gümrahdırlar. Qəlb xəstəliklərindən daha uzaq olurlar. Yaşıl noxud qəlb infarktının qarşısını ala bilir.

Xərçənglə mübarizə aparır
90 qram yaşıl noxud 25% manqan ehtiyacımızı təmin edir. Yaşıl noxud xərçəng yarada biləcək bakteriyalarla mübarizə aparar.

Çəkini azaldar
Yaşıl noxud az kalorili olmağına baxmayaraq, proteyin deposudur. Bir fıncan yaşıl noxudun tərkibində 134 kalori vardır. Bu bitki çəkinin azalmasında gözəl yardımçıdır. Əgər arıqlamaq istəyirsinizsə, tərəvəz şorbasını çox yeyin və ora yaşıl noxud atın. Siz uzun müddət toxluq hiss edəcəksiniz. Tövsiyə edirik ki, yeməyinizi yeyən zaman şorba ilə başlayasınız. Bu zaman mədənizin çox hissəsi bu şorba ilə dolduğuna görə başqa yemək yeyə bilməyəcəksiniz.


Tarix: 10.12.2014 / 17:23 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər