beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əriyin faydaları

İnsanların sağlam həyatında əhəmiyyətli yeri olan əriyin xərçəng riskini azaltmaqda, tərkibindəki vitaminlərin isə immunitet sistemində, göz sağlığında və dəri yenilənməsində təsirli olduğu bildirildi.

Dünyada ən məşhur olaraq Anadoluda (xüsusilə Malatya və ətrafında) yetişdirilən əriyin Anadolu insanının sağlam həyatında əhəmiyyətli yeri var. Dünyada da quru ərik istehsalının təxminən 85 faizi Türkiyədə reallaşdırılır.

Əriyin ən əhəmiyyətli komponenti karotenoid qrupu maddələrdir. Karotenoid qrupu maddələr sarı, narıncı və qırmızı rəngdəki təbii pigmentlərdir. Bu maddələr bədənimizdə antioksidant təsirə sahibdirlər. Ərikdə ən yüksək dərəcədə olan beta karoten immunitet sistemində, göz sağlığında və dəri yenilənməsində fəaliyyət göstərir.

Son illərdə aparılan təcrübələr təbii antioksidant maddələr ehtiva edən qidaların xərçəng, katarakt və kardiovaskuler sistem xəstəliklərinin əmələ gəlmə təhlükəsini azaltdığını və qoruyucu təsirlərə malik olduğundan meyvə və tərəvəz tərkibli məhsullara olan maraq getdikcə artır.

Gündə bir stəkan təbii ərik suyu içmək faydalıdır. Bu zaman gündəlik karoten ehtiyacımız ödənilir.

Ərik kalsium, dəmir, maqnezium və fosfor cəhətdən də zəngindir. Ərik eyni zamanda kalsium və dəmir komponentlərinin mükəmməl qaynağıdır. Hamilələr və inkişaf çağındakı uşaqlar üçün faydalı meyvədir. Xüsusilə quru ərik kaliumla zəngidir. Ona görə də aritmiya kimi ürəklə əlaqədar problemlərdə istifadə etmək faydalıdır.

O, ürək əzələlərini qidalandırır və təzyiqi normal halda saxlayır. Tərkibindəki maqnezium və fosforun sayəsində beyin funksiyalarını inkişaf etdirir. Ərik eyni zamanda mədə xəstəliklərində bakterial balanssızlığı aradan qaldırmaq, qəbizlik və bağırsaq xərçənginə qarşı qoruyucu bir vasitədir.


Tarix: 10.12.2014 / 17:27 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər