beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərəvəzlər haqqında

Pomidor SOLANUM LYCOPERSİCUM -badımcançiçəklilər (Solanaceae) fəsinləsindəndir.Tərkibində olan B qruplu vitaminlər,C vitamini və karotin,eləcə də şəkər və üzvi turşular onun son dərəcə yüksək qiymətli yeyinti məhsulu olmasına zəmin yaradır.Pomidorda orta hesabla 4% şəkər,0,6% mini,karotin,B1,B2,və K vitaminləri,yod birləşmələri müəyyən edilmişdir.Pomidorda olan yodun zob xəstəliyinə qarşı müalicəvi əhəmiyyəti vardır.

Pomidordan maddələr mübadiləsi pozğunluqlarında,ateroskleroza qarşı və ürək damar sistemi xəstəliklərində istifadə etmək faydalıdır.

pomidor

Xiyar CUCUMUS SATİVUS Z.-xiyarçiçəklilər (Cruciferae) fəsiləsindən olub,tərkibində B,C vitaminləri və sink duzu vardır.Xalq təbabətində xiyarın suyu sidikqovucu,sərinləşdirici,hərarəti azaldıcı dərman kimi işlədilir.Xiyarın qatılaşdırılmış suyu vərəm xəstəliyinə tutulanlara,sinə yumşaldıcı və bəlğəm gətirici dərman kimi verilir.

xiyar

Kartof SOLANUM TUBEROSUM -badımcançiçəklilər (Solanaceae)fəsiləsindən olub,tərkibində nişasta, müxtəlif şəkərlər (əsasən qlükoza),pentozan,dekstrin,pektin maddələri,B1,B2,C və K vitaminləri,limon və alma turşuları,eləcə də maqnezium duzu vardır.Xalq təbabətində kartof şirəsindən vərəmə qarşı və tənəffüs orqanlarının digər xəstəliklərinə qarşı istifadə olunur.Eyni zamanda kartof şirəsi mədə yarasının və 12 barmaq bağırsağın müalicəsində də işlədilir.Bundan başqa təzə kartofun şirəsi hipertoniya xəstəliyinə tutulanlara kömək edir.

kartof

Baş soğan ALLİUM CEPA Z.- süsənçiçəklilər (Ziliaceae) fəsiləsindəndir.Yaşıl hissələrində və soğanaqlarında karotin B1,B2,C vitaminləri,pektin və qatranlı maddələr,limon və alma turşuları,yod və şəkərli maddələr vardır.Soğan mədənin həzm prosesini yaxşılaşdırır,iştahanı artırır,avitaminozun qarşısını alır,eləcə də mədə bağırsaqda əmələ gələn iltihabı və çürümələri aradan qaldırır.
Soğanin şirəsindən qurdqovucu kimi də istifadə olunur.Allilçep və Allilqliser adlı preparatlarından isə xüsusən mədə bağırsaq xoralarına qarşı,eləcə də qrip və anginada da geniş istifadə olunur.


Tarix: 10.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər