Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdman Dırmanması üzrə Dünya kuboku 2014

İdman Dırmanması üzrə Dünya kuboku — 2014-cü il iyunun 22-23-də Bakıda keçiriləcəyi nəzərdə tutulan yarış. İdman Dırmanması üzrə Dünya kuboku Azərbaycanda ilk dəfə keçiriləcək.

Yarış açıq havada - Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında baş tutacaq. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə keçiriləcək yarışda dünyanın 11 ölkəsindən 69 idmançı iştirak edəcək.

Dünya kubokunu izləmək üçün Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) Prezidenti Marco Scolaris və onu müşayiət edən nümayəndə heyəti iyunun 20-də Azərbaycana gələcək.


Tarix: 12.02.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Ümumi
loading...