beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan 2009 Avroviziya Mahnı Müsabiqəsində

Azərbaycanı 2009 Avroviziya Mahnı Müsabiqəsində Aysel Teymurzadə və Arəş birlikdə ifa etdikləri Always (Azərbaycanca:"Həmişə") mahnısı ilə təmsil etdilər.
Milli seçim
2009-cu ildə milli seçimdə Azəri Star, Yeni Ulduz və bir neçə başqa televiziya mahnı müsabiqələrinin iştirakçıları olmuş müğənnilər iştirak edirdi. İctimai Televiziya isə 2009-cu il yanvarın 15-i təmsilçini dəqiqləşdirdi. Yanvarın 15-i İctimai Televiziyanın binasnda Azərbaycanı təmsil edən Aysel Teymurzadənin mətbuata tanıtım mərasimi keçirildi. Lakin sonra Arəşin müəllifi olduğu mahnı ilə təmsil olunacağımız məlum olduqdan sonra həmin mahnını Arəşlə Ayselin birgə ifa edəcəkləri dəqiqləşdi.

Münsiflər heyətinin tərkibi
İsmayıl Ömərov – İTRYŞ-nin baş direktoru (sədr)
Fərhad Bədəlbəyli – Bakı Musiqi Akademiyasının rektoru, professor
İbrahim Quliyev – AMDF-nun icraçı direktoru
Lalə Kazımova – Beynəlxalq Musiqi Şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti
Murad Adıgözəlzadə – Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru, əməkdar artist
Mənzər Nurəliyeva – Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi
Fərhad Hacıyev – Gənclər və İdman Nazirliyinin nümayəndəsi

Çıxış
Azərbaycan Böyük dördlük və ev sahibi Rusiyadan fərqli olaraq müsabiqədə II yarımfinalda iştirak etdi. Azərbaycanın II yarımfinaldakı çıxış nömrəsi 12-dir. Mayın 14-ü keçirilmiş II yarımfinalda Azərbaycan 180 xal toplayaraq 2-ci oldu. Mayın 16-da keçirilmiş müsabiqənin final mərhələsində isə Azərbaycan 11-ci nömrə altında çıxış etdi. Finalda Azərbaycan 207 xal toplayaraq 3-cü oldu.


Tarix: 12.02.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 194 Bölmə: Ümumi