beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kerefto məbədi

Tarixi
Təyinatı
Kereftodakı bu mağara tipli tikilinin funksional təyinatına dair ədəbiyyatda iki nöqteyi-nəzər irəli sürülmüşdür. Tədqiqatçıların bir qismi onun sitayiş təyinatlı tikinti olduğunu iddia edir. Digər tədqiqatçılar isə əksinə, qayalıqlarda oyulmuş otaqlar kompleksinin mülki səciyyə daşıdığını söyləyirlər. Onlar belə hesab edirlər ki, bu kompleks yunan hərbi hissəsinin yerləşdiyi obyekt olmuşdur və Böyük Madanın şimal sərhədlərinin onu əhatə edən "barbar" xalqlardan müdafiəsi həmin hərbi hissənin vəzifəsi olmuşdur.

Kereftonun yaşayış kompleksi olduğunu iddia edən alimlər qeyd edirlər ki, Heraklın adı olan apotropeik formul həmişə şəxsi evə girişin üzərində yerləşir və bir növ tanrının himayəsi altında olan yaşayış yeri ilə əlaqələndirilmiş xeyir-duadır.

Bu nöqteyi-nəzərin tərəfdarları habelə Kerefto kompleksinin təcrid halında olduğunu, kompleksin böyük yollardan kənarda yerləşdiyini, yalnız otlaq yeri kimi istifadə oluna biləcək, kasıb bitki örtüyünə malik olan ərazidə qərarlaşdığını qeyd etmişlər.

A. Fazili qeyd edir ki, birincisi, Kerefto yazıları kimi yazılar yalnız yaşayış binalarında tətbiq edilmirdi. Bu cür formullar məqbərələrdə, qəbirüstü daş lövhələrdə, ictimai binalarda, habelə dini mahiyyətli memarlıqda da məlumdur. İkincisi, kompleksin bu cür funksional təyinatlı halında sərhəd məntəqəsini "təcrid olunmuş yerdə, böyük yollardan kənarda" yerləşdirmiş rəhbərliyin məntiqi tamamilə anlaşılmazdır. Çünki düşmən müdaxilələrini yalnız böyük yolların mövcud olduğu yerlərdə gözləmək olardı.


Tarix: 29.01.2015 / 16:41 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Ümumi