Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəlbəcər döyüşü - İşğal öncəsi vəziyyət

Hələ 1984-cü ildə aran rayonlarına məxsus olan Kəlbəcər yay-laqlarının bir hissəsi Ermənistana verildi. Bu iş elə gizli aparıldı ki, Kəlbəcər camaatı bu işdən xəbər tutmadı. Ermənilər Zod aşırımının o üzündə, bizimkilər isə öz tərəfimizdə qızıl axtarmağa başladılar. Söyüdlü çayının səmtində bizim geoloq və fəhlələr üçün binalar tikildi. Bir azdan sonra müəmma baş verdi. Bizimkilər torpağımızda qızılın faizi azdır deyə kəşfiyyat işini dayandırıb çıxıb getdilər. Ermənilər çıxardıqları qızıllı xammalı yarım saflaşdırmaq üçün fabrik tikdilər. Qızıldan ayrılmış daşı, çınqılı dağın başına çıxarıb bizim tərəfə hellədilər. Yüz hektarla gözəl yaylaqlarımızda təmizlənməsi mümkün olmayan daş-çınqıl qalaqları əmələ gəldi. 80-ci illərin axırlarında bizim geoloqlar yenidən Söyüdlü çayının səmtlərində – əvvəlki yerlərdə yenə də kəşfiyyat işləri apardılar və müəyyən etdilər ki, bizim torpaqda qızılın faizi daha çox imiş. Artıq gec idi. Ermənilər bizim tərəflərə keçib maneəsiz qızıllı torpaqlarımızı daşıyıb aparırdılar. Artıq 1991-ci ildə aran rayonlarının fermalarının bir çoxu, 1992-ci ildə isə hamısı qorxularından Kəlbəcər yaylaqlarına gəlmədilər. [1]

Qarabağ müharibəsi başlayan kimi həm şərq, həm də qərb tərəfdən erməni qüvvələri ilə əhatə olunan Kəlbəcərə ara-sıra hücumlar olurdu. 1992-ci ilin aprelin 8-də Kəlbəcərin Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilmədi, işğal olundu. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı.[2] 1993-cü ildə Kəlbəcərin müdafiəsini 701 saylı briqada təşkil edirdi. Briqadanın komandiri ehtiyatda olan polkovnik Əzizağa Qənizadə idi. 701 saylı briqada 20 sentyabr 1992-ci ildə, 1993-ci il matın 30-na kimi Laçın rayonunun şimal-qərb hissəsində qarşısında duran döyüş tapşırığını yerinə yetirib. 1993-cü il fevral ayının 15-də Ağdərə rayonunun işğalı nəticəsində briqada blokada vəziyyətinə düşüb. O vaxt 3-cü taborun tərkibində yalnız atıcı silahlarla silahlanmış 400 nəfərlik heyətin briqadanın tabeliyindən çıxarıldı. Həmin tabor Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu inzibati mərkəzi istiqamətində sərhəd xidməti vəzifələrini yerinə yetirib. 110 km-lik Ermənistanla dövlət sərhədində təqribən hər 10 km-lik məsafədən bir, 30 nəfərdən ibarət sərhəd dəstələri yerləşib. Onlara kiçik təxribat dəstələrini zərərsizləşdirmək həvalə olunub. Kəlbəcər rayonunun Müdafiə Şurası tərəfindən yerli çağırışçılardan özünümüdafiə taboru təşkil edilsə də orada hərbi mütəxəssislər olmayıb. Tez formalaşdırılmış tabor, tanklardan, artilleriya və minaatanlardan istifadə edən düşmənin hərbi hissəsinin hücumunu dəf etmək imkanına qadir olmayıb. Əzizağa Qənizadənin əmrilə fevralın 14-də briqadanın 1-ci taboru (130 nəfər) Kəlbəcər rayonunun girişində Çərəkdar kəndi yaxınlığında əlverişli mövqedə yerləşdirildi.


Tarix: 22.01.2015 / 18:57 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Ümumi
loading...