Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÜmumiQanlı Yanvar (film, 2015)

Məzmun[redaktə]
20 yanvar 1990-cı il. O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlıq və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və SSRİ ordusu tərəfindən öz qanına qəltan edildi. Azərbaycan şəhərlərinə daxil olan Sovet ordusu, tank və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı. Ən böyük toqquşmalar paytaxt Bakıda baş vermişdi. 140-a yaxın yerli sakin və 30-a qədər əskər və zabit həlak olmuşdu. Qəlblərindəki Azadlıq Yanğısı ilə alışan gənclər və yeniyetmələr ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydular. “Qanlı Yanvar” filmi həmin hadisəni bizə bir Ardı »

ÜmumiNazlı mahalı

Tarixi[redaktə]
Mahalın ərazisi 96 кvadrat кm-dən ibarət idi. О, şimaldan Ənzəl, şərqdən Urmiya gölü, cənubdan Sumay, qərbdən Urmiyanın özü ilə həmsərhəd idi. Mahalın mərkəzi Saatlı qəsəbəsi idi. Bu qəsəbə öz adını Avşar elinin Səidli oymağından almışdı. Qəsəbədə mahal hakimləri, ruhanilər və başqa imtiyazlı təbəqələr əyləşərdilər. Nazlı mahalında Avşar elinin Kuhgiluyəli (Kəhgəhli) oymağı qaşam sürürdü. Ardı »

ÜmumiAvesta

Avesta (awastāg, apastāk, upastākəm) – Zərdüştiliyin müqəddəs kitablar külliyyatı. Dövrümüzə tam şəkildə çatmamışdır.

Hesab edir ki, Avestanın tərkib hissələri, əsasən e.ə. 1-ci minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avestanın dünyagörüşü üçün ifrat dualizm xarakterikdir. Avestaya görə dünyada həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlanğıca malik olmaqla iki qismə ayrılır. İnsan bu və ya digər mövqeyi seçməkdə sərbəstdir. Ardı »

ÜmumiSənəkərim

Sənəkərim — 1072 - 1094 və ya 1096 – cı illərdə hakimiyyətdə olmuş Sünik knyazı.

Sənəkərim, dövləti bacısı Şahanduxtla birgə idarə etmişdir. O, Tatev monastırını himayə etmişdir. Sənəkərimin hakimiyyəti dövründə ölkənin sərhəddləri möhkəmləndirilmişdi. Böyük Səlcuq İmperiyasının qurulmasından sonra Sənəkərim İsfahana gedərək Sultan Məlikşahla görüşmüş və Sünik knyazı kimi Səlcuqlu imperatoru tərəfindən təsdiqlənmişdir. Məlik şahın ölümündən sonra Sünik səlcuqlular tərəfindən tutulmuş və Sənəkərim öldürülmüşdü. Ardı »

ÜmumiKəlbəcər döyüşü

Martın 26-da düşmən 1 alay, tank, PDM, 3 ədəd döyüş vertolyotunun havadan dəstəyi ilə şiddətli artilleriya hazırlığından sonra Getavan-Çərəkdar istiqamətində hücuma keçib. Müdafiə mövqelərində duran 1-ci motoatıcı tabor (MAT) düşmənin çoxsaylı üstünlüyünə baxmayaraq hücumu dəf edib. Bu döyüşdə düşmənin bir tankı, iki PDM, bir Mİ-24 vertolyotu, 50 nəfərə qədər şəxsi heyəti məhv edilib. Birinci taborun 5 döyüşçüsü həlak olub, 6 nəfəri yaralanıb. 27 mart Səhər saat 09:00-da düşmənin iki tabora qədər canlı qüvvəsi, D-30 artilleriya divizionu, iki minaatan batareya, zenit batareyası, tank bölüyü, 10 qədər PDM-in atəş dəstəyi ilə artilleriya hazırlığından sonra, Kəlbəcər özünümüdafiə 1-ci bölüyünün mövqelərinə hücuma keçərək Ağdaban yaşayış Ardı »

ÜmumiAzərbaycan legionunun yaranma tarixi

Alman tədqiqatçısı Muh­­len ya­zır­­dı: Türk-­ta­tarlardan mil­­li le­gion­­lar ya­rat­maqda iki türk ge­ne­ra­lı­­nın xü­s­u­si ro­lu ol­muş­du və 1941-­ci ilin okt­yab­rın­­da bu pla­nın müs­­bət hə­y­a­ta ke­ci­­ril­­mə­­sin­­də cəhd­­lər gös­­tər­­miş­­di­­lər. Hə­­min ge­ne­ral­lar­dan bi­­ri ta­nın­­mış hərbçi Nuru Paşa, di­­gə­­ri isə ge­ne­ral Ərkilət idi. Hə­­lə 1941-­ci ilin sent­yab­rın­­da Ber­li­­nə gə­­lən Nu­ru Pa­şa Al­ma­ni­y­a Xa­ri­­ci İş­­lər Na­zir­­li­­yi ilə əla­­qə­­lər qu­rub Veyts­ze­ker və Ber­man­la gö­­rüş­­lər ke­çir­­mişdir.

1941-­ci ilin pa­yı­­zın­­da Hit­­ler­lə Tür­­ki­­yə or­du­su Baş Qə­r­ar­ga­hı­­nın ge­ne­ra­lı Ər­­ki­­lə­­t arasında danışıq oldu. Şər­­qi Prus­si­y­a iqa­­mət­­ga­hın­­da gö­­rü­­şən ge­ne­ra­lın tək­­li­­fi Hit­­le­ri ma­raq­lan­dır­­mış­­dı. Tür­­ki­­yə­­ni öz tə­­rə­­fi­­nə çək­­mə­­yə ça­lı­ş­an Hit­­ler 1941-­ci ilin no­yab­rın­­da Tür­­küs­­tan le­gio­­nu­nun ya­ra­dıl­­ma­sı­n­a ra­zı­­lıq ver­di. Al­man or­du­su­nun ta­ma­mi­­lə məx­­fi olan 1941-­ci il 3 de­kabr ta­rix­­li Ardı »

ÜmumiYardımlı meteoriti

Yardımlı meteoriti və ya Ərus meteoriti — Azərbaycana düşdüyü bilinən ilk dəmir meteorit. Keçmiş SSRİ ərazisinə düşən 3-cü böyük meteorit sayılır.

Bu meteoriti Moskva vaxtı ilə 1959-cu il 24 noyabr saat 7:05-də Yardımlı rayonunun Ərus və Jiy kəndləri ərazisinə düşmüşdür. Sıx duman olmasına baxmayaraq, meteorit düşərkən təqribən 2800 km2 sahədə güclü işıqlanma yaradıb və bu 5-10 saniyə davam edib. Məlum olmuşdur ki, o məşhur Sihote-Alin meteorit yağışının yağmasından sonra düşmüşdür. Burada onun altı fərdi nümunəsi tapılmışdır:

152.56 kq;
127 kq;
11.3 kq;
5.9 kq;
2.3 kq;
0.36 kq.
Yardımlı meteorit yağışının düşmə ərazisi ellips formasındadır və 8-1.5 km-dir. Uçuş istiqamətində 127 kq olan meteorit, diametri 2.8 metr olan bir Ardı »

ÜmumiQədim Tarixi

Abşeron yarımadası ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəqədi, Əmircan və s. yerlərdə e.ə. III-I minilliklərə aid arxeoloji abidələr tapılmışdır.

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış V-VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V-VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka", Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılır.

Tarixən Bakı Şərqin iri şəhərlərindən olub. Şəhər iqtisadiyyatında neft və duz istehsalı Ardı »