beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quruluşları və memarlıq xüsusiyətləri

Abşeron qalalarının çoxlu ümumi cəhəti var. Onların hamısı kəndlərin kənarında və yaxud onlardan qıraqda yerləşir. Abşeronun dördkünc və yumru qalalrı, demək olar ki bütün hallarda eyni plana uyğundur. Onların hamısı dördkünc qala divarları ilə əhatələnib. Bürcün ətrafından qala divarlarına 20-25 metr məsafə var.Bürclər hündürlüyünə görə yaruslara(ikidən səkkizə qədər) bölünüb, onların arasındakı əlaqə divarın içindəki pilləkan vasitəsilə idi. İkinci qata pilləkən yoxdur və, yəqin ki, burada daşınan taxta nərdivanlardan istifadə edilirdi. Bütün qalaların birinci qatda eni 6,5-7 metr, yuxarı qatların - 3,5-4,5 metrdir. Dördkün bürclərin divarlarının eni ilə yumru bürclərin diametrləri də ölçülərinə görə yaxındır (3,5-5,5 metr), divarın qalınlığı (2 metrə qədər). Bürclərin bütün müdafiyə vasitələri onun yuxarı meydançasında cəmləşdirilirdi. Onun üzərində yerləşdirilən oxçular dişli pilləvari parapetlə müdafiyə olunurdular. Bürcün bütün qatlarında içəriyə genişlənən mazğallar, əsasən ventilyasiya və işıqlandırma üçün nəzərdə tutulmuşdur. Sadə kanalizasiya xəttləri və su quyuları da bürclərin mühasirə zzamanı üçün, müvəqqəti yaşayış yeri olduğunu bildirir.


Tarix: 10.01.2015 / 12:39 Müəllif: Feriska Baxılıb: 25 Bölmə: Ümumi