Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gənclər yurdu

"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi.

1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi.


Tarix: 12.02.2015 / 14:35 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Ümumi
loading...